Qadınlarda sklerozlaşdırıcı dəmrov - Simptomlar və müalicə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 242
Səs ver:
(səs: 0)
Qadinla.com mama-ginekoloq, uşaq ginekoloqu İsmayılova Xəyalənin yazısını təqdim edir.

Sklerozlaşdırıcı dəmrov, əsasən, kiçik cinsiyyət dodaqlarını, kənarını, arxa komissuranı və perianal nahiyəni zədələyir.

Zədələnmiş yerlərin dərisi həddən artıq nazik və parıltılı olur, ağımtıl rəng alır. Onun üzərində ağrılı qanayan çatlar əmələ gəlir Pasiyentlər göynəmə və yandırmadan şikayətlənirlər.

Bu cür hallarda yanlış olaraq vulvanın göbələk infeksiyası diaqnozu qoyurlar. Müntəzəm olaraq sitoloji nəzarətin həyata keçirilməsi tövsiyə edilir.

Sklerozlaşdırıcı dəmrovun gedişini ağırlaşdıran və illərlə davam edən infeksiya cinsi yetişkənlik dövründə, demək olar ki, tamamilə yoxa çıxır. Bu prosesdə estrogenlərin nə kimi rol oynadığı aydın olmayaraq qalır.

Təcrübə göstərir ki, hormonal sakitlik dövründə sklerozlaşdırıcı dəmrov zamanı estrogenli preparatların tətbiqi bu xəstəliyin müalicəsinə əhəmiyyətli təsir göstərir.

Digər tərəfdən, kortizonlu krem ilə qısa kurslu yerli müalicə aydın şəkildə müşahidə olunan yaxşılaşmaya səbəb olur.

Bu müşahidələr və sklerozlaşdırıcı dımrov zamanı uzun müddət mövcud olan dəri dəyişikliklərinin cinsi yetişlənlik dövründə yoxa çıxması və qocalıq yaşlarında yenidən peyda olması faktı düşünməyə imkan verir ki, bu xəstəlikdə söhbət immunitetin lokal pozulmasından gedir.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 242
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
kivircik
Demrov xesteliyi haqda melumatim var. Chox pis deri xesteliyidi. Dozulmez qashinti verir. Allah hech kimese gostermesin
8 noyabr 2019 22:49
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri