Genital sızanaq və herpes nədir? - Aralarındakı fərqlər

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 3 050
Səs ver:
(səs: 1)
Genital uçuq və sızanaq oxşar xüsusiyyətlərə malikdir. Onlar ümumiyyətlə kiçik, irinlə dolu çıxıntılar kimi müşahidə olunurlar.

Qadınla.Com bildirir ki, bununla birlikdə ikisinin arasındakı fərqi anlamağa imkan verən bəzi xüsusiyyətləri var. Cinsiyyət orqanlarında kiçik irinli çıxıntıların görünməsi narahatlığa səbəb ola bilər.

Genital sızanaqlar məsamələri tıxayan kir və yağ yığılmasından qaynaqlanır. Bu sızanaqlar ümumiyyətlə ağ irinlə doldurulmuş çəhrayı və ya qırmızı bir görünüşə malikdir. Ciddi bir tibbi problem hesab edilmir.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, genital herpeslər müalicə olunmayan və cinsi yolla ötürülən bir xəstəlikdir. Bu uçqların içərisi rəngsiz maye ilə dolu olub, ağ və ya qırmzı rəngli ağrılı təsirə malik olurlar.

Dünya Səhiyyə Təşkilatı, bütün dünyada 417 milyon insanın cinsiyyət orqanlarında herpes virusu olduğunu söyləyir.

Herpesli insanlar da aşağıdakı əlavə simptomlara müşahidə edilir:

-qızdırma
-ümumi ağrılar
-baş ağrısı
-ayaqlarda ağrı
-şişmiş limfa düyünləri
-vaginal axıntı

Hər iki hal müşahidə olunan zaman qaşınmalara səbəb ola bilir və irinli görünüş yaradır.Ümumiyyətlə genital herpesin səbəb olduğu lezyonlar sızanaqlardan daha yumşaqdır və bəzən su yığımına bənzəyir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 050
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri