Qaynaq və şellak etdirən xanımların diqqətinə! - Dırnaqlarınız çürüyə bilər

Müəllif: diablo
Şərhlər: 5
Baxılıb: 325
Səs ver:
(səs: 0)
Belə bir deyim var-baxımlı xanım əllərindən bilinər. Qadının əlləri onun yaşının, xarakterinin, özünə necə qulluq etdiyinin bir göstəricisidir.

Etiraf edək ki, son illər manikürsüz xanımları az görmək olar. Küçədə, metroda, işdə uzun və müxtəlif rəngli, naxışlı dırnaqları olan xanımlarla tez-tez rastlaşırıq. Bu tendensiyanın artmasının əsas səbəbi dırnaq qaynaqları və şellaklardır. Bir dəfə qaynaq və ya şellak etdirməklə xanım 3-4 həftə ərzində daimi boyalı dırnaqla gəzir. İşgüzar və vaxtı az olan xanımlar üçünsə bu, ən optimal variantdır. Bəs dırnaq qaynağının dəriyə və dırnaqlara hansı zərərləri var? Belə dırnaqlardan hər kəs istifadə edə bilərmi və hansı hallarda bu cür dırnaqların qoyulması məsləhət görülmür?

E-tibb bildirir ki, həkim-dermatoloq, kosmetoloq Günay Mikayılovanın dediyinə görə, qaynaq və şellak dırnaqlarda sınmalara, travmalara səbəb olur və ən pis halda göbələk xəstəliyi yaradır: "Həm qaynaq, həm də şellak - fərq etmir gel, ya akril zamanı dırnaqlar travma alır. Sadəcə, şellak zamanı travma nisbətən az olur

Əsas səbəb dırnağın parıldadılması, "polirovka" olunmasıdır, yəni üst qatının qaşınması, soyulmasıdır. Travma isə onixomikoz xəstəliyinə zəmin yaradır. Onixomikoz - dırnağın göbələklə zədələnməsi çox yayılmış xəstəlikdir. Şəkərli diabetdən tutmuş qan dövranının pozulmasına qədər bir çox səbəbi var. Ən yayılmış səbəblərdən biri isə travmadır.

Bildiyimiz kimi, dırnaq qaynağı zamanı dırnaq bilərəkdən zədələnir, yəni travma alır, sonra üstü örtülür və protez dırnağın altında anaerob (havasız) mühit yaranır. Bu iki faktor onixomikozun inkişafına münbit şərait yaradır. Uzun dırnaq saxlayan xanımların əksəriyyətində göbələk xəstəliyi olur. Bir çox halda göbələkli dırnağın üstündən qaynaq edirlər. Həmin göbələk dırnağın yatağına qədər dırnağı çürüdür. Belə olan halda müalicə də uzun zaman tələb edir".

Həkim-dermatoloqun sözlərinə görə, çox vaxt dırnaq ustaları qaynaq və ya şellak üçün müraciət edən xanımın allergiyalı olub-olmamasını yoxlamırlar: "Halbuki bunu əvvəldən bilməlidirlər. Çünki pasiyentdə allergik reaksiya ola bilər. Dırnaq qaynağı zamanı istifadə edilən gel və boyalar dəri vasitəsilə qana sovrulur və orqanizmə zərər verir. Kimin immuniteti güclüdürsə, qaraciyəri onu zərərsizləşdirir. Amma orqanizmi zəif, allergik reaksiyalara həssas olanlarda bu hallar böyük fəsada çevrilir. Bununla yanaşı, kontakt dermatit olma ehtimalı da var. Kontakt dermatitin yaranma səbəbi göbələk deyil, insanın hiperhəssaslığıdı. Kontakt dermatitin əlamətləri - qaşınma, sulu qabarcıqlar, şişkinlik aşkar olunanda mütləq dırnaqlar həmin maddədən təmizlənməli və xəstə adekvat müalicə almalıdır. Allergik reaksiyanın sırf nəyə olduğunu aşkar eləmək üçün həmin şəxsə sonradan allergopanel verilsə, yaxşı olar. Allergik reaksiyaların arasında kontakt dermatit müalicəyə ən asan tabe olandı. Yəni səbəb aşkarlanıb aradan götürülərsə, problem də qalmaz".

Mütəxəssis vurğulayıb ki, dırnaq qaynağı və şellak peşəkar kosmetoloqlar tərəfindən həyata keçirilməli, gigiyenik normalara mütləq riayət edilməlidir. Bir də prosedurlar arasında dırnağa bərpa olunmaq üçün vaxt vermək lazımdır: "Xanımların çoxu ucuz olsun deyə, peşəkarlığına əmin olmadıqları şəxslərə qaynaq etdirirlər. Alətlərin sterilizə olunub-olunmadığını bilmirlər. Dırnaq qaynağı edənlərin əksəriyyəti pul qazanmaq məqsədi ilə qeyri-professional şəkildə bu işlə məşğul olur, keyfiyyətsiz, ucuz vasitələrdən istifadə edirlər. Ən yaxşısı hər xanımın şəxsi manikür alətləri olsun. Yoxdursa, salondakı alətlərin sterilizə olunduğuna tam əmin olmadan istifadə etməsinlər. Qiymətə deyil, peşəkarlığa və keyfiyyətə üstünlük versinlər. Belə olduqda hər hansı problemlə də rastlaşmazlar. Mən demirəm ki, gözəllik pisdir, amma gözəllik üçün sağlamlıq qurban verilməməlidir".

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 325
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Love-Girl
Dogrusu menim oz dirnaqlarim olub daima. Qaynaq etdirmemisem hec zaman. Bir defe wellak etdirdim ve sonradan dirnaqlarim cox pis hala duwdu. Oz ozunden qirilib gedirdi uzanmamis.
Ama daha hec birwey etmirem. Hec uzadmiramda uwaqlara gore.
12 yanvar 2020 16:56
5
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
kivircik
Indi ne ziyandirsa ona telabat chox olur. Men bele sheylerden uzagam,yaxshi ki de uzagam.Hersheyin tebii olani gozeldir
12 yanvar 2020 13:53
4
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Offline
Snow White
Men bu dirnagi xoslamiram silaq elitirler
12 yanvar 2020 12:08
3
But my dear it's not wonderland and you are not Alice:((
Offline
Naz_S
Dogrudur men bir muddet fasilesiz eletdirdim dirnaqlarim cox pis olmuwdu hedsiz yumwaq. indi indi ozlerine gelirler yavaw yavaw
11 yanvar 2020 20:03
2
Online
BARBI
Men ilde bir edirem.Ondan sonra dirnagim 1 ay ozune gelmir.Cox zererli proseduradir
11 yanvar 2020 18:45
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri