Spontan abortlar

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 3 027
Səs ver:
(səs: 0)
Hörmətli xanımlar son iki ay ərzində mütamadi olaraq müxtəlif qadın xəstəlikləri ilə bağlı məlumatları sizlərə sevərək verirəm. Bu dəfədə fərqli mövzuya toxunuram.

Hamiləliyin 22 həftəyə qədər, özbaşına pozulmasına spontan abort deyilir. Diaqnozu qoyulmuş hamiləliklərin 18-20%-i düşüklə nəticələnir.Bu düşüklərin əksəriyyəti növbəti aybaşı vaxtı pozulduğundan diaqnoz qoymaq mümkün olmur.Bu zaman çox vaxt qadın özü də hamiləliyin baş verdiyi və düşüklə nəticələndiyinin fərqində olmur.Hamiləlik diaqnozu ancaq qanda xorionik qonadotropinin(hamiləlik hormonu) aşkarlanması əsasında qoyulur.Buna biokimyasal hamiləlik deyilir.

Spontan abortların 80%-i birinci üçaylıqda olur və hamiləlik irəlilədikcə düşük təhlükəsi azalır.Spontan abortların çoxsaylı, müxtəlif səbəbləri var.Əksəriyyət hallarda isə, spontan aborta bir yox, bir neçə amil səbəb olur.

Bu səbəblərə xromosom anomaliyaları,neyroendokrin amillər, uşaqlıqda anadangəlmə qüsurlar,ananın yaşı, anada ekstragenital xəstəliklər,embrion və plasentada anomaliyalar,immunoloji amillər,ananın pis vərdişləri (siqaret,içki,narkotik),infeksiya və s. aiddir.

Birinci üçaylıqda,6 həftəyə qədər baş verən düşüklərin ən əsas səbəbi xromosom patologiyasıdır.7-10 həftələrdə isə əsas səbəb hormonal pozğunluqlardır.İkinci üçaylıqlarda isə düşüyə səbəb urogenital infeksiyalar,uşaqlıq boynu çatışmazlığı,antifosfolipid sindrom və s.-dir.

Spontan düşüklərin bir neçə forması var;

Düşük təhlükəsi uşaqlıq əzələsinin tonusunun artması ilə xarekterizə olunur.Bu zaman döl yumurtasının tamlığına ziyan dəymir.Dölün urəkdöyüntüsü normal olur.Qarının aşağı nahiyəsində və beldə sızıldayan ağrı olur.Uşaqlıq yolundan yaxma şəklində ifrazat xaric ola bilər.Bu zaman hamiləliyin pozulmasının qarşısını almaq mümkündür.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri