Uşaqlıqdaxili spiralın xaric edilməsi

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 565
Səs ver:
(səs: 1)
Uşaqlıqdaxili spiralın ən geniş yayılmış ağırlaşmaları ağrı, menometroraggiya tipli qanaxma və daxili cinsiyyət orqanlarının iltihabıdır. Daimi və intensiv ağrı çox vaxt spiralla uşaqlığın ölçüsündə uyğunsuzluq olduğundan xəbər verir. Qarının aşağı nahiyəsində sancışəkilli ağrı və qanaxma əsasən, spiralın ekspulsiyasının ( spiralın öz –özünə uşaqlıq boşluğundan xaric olması) əlamətləri hesab olunur. Tibbi göstərişlərə görə spiralın xaric edilməsi aşağıdakı hallarda aprılır:

· Ağrı

· Qanaxma

· Kiçik çanağın kəskin iltihabı prosesləri

· Hamiləlik

· Uşaqlıq cisminin və boynunun xərçəngi

· Uşaqlığın perforasiyası (deşilməsi)

· Spiralın hissəvi ekspulsiyası (düşməsi).

Uşaqlıqdaxili spiralın xaric edilməsində çətinlik yarandıqda histeroskopiyadan istifadə olunur. Bu zaman histeroskopiyanın istifadəsinə göstərişlər:

· Spiralın uşaqlığın divarını perforasiya ( deşmə) etməsinə sübhə olduqda

· Spiralın uğursuz xaric edilməsi zamanı onun hissələrinin uşaqlıq boşluğunda qalması

· Spiralın möhkəm yapışması və ya miometriya (əzələ) qatına sirayət etməsi zamanı

Histeroskopiya spiralın özünün və ya onun hissələrinin yerini dəqiq müəyyən etməklə onların rahat xaric edilməsini təmin edir. Bu patologiya üçün də histeroskopiya erkən proliferasiya dövründə aparılmalıdır, çünki bu dövrdə endometriya nazik və solğun olur. Spiral uzunmüddət uşaqlıq boşluğunda qaldıqda hissəvi olaraq endometriyanın bir parçası ilə tutula və ya miometriya qatına sirayət edə bilər. Ağır hallarda isə uşaqlığın perforasiyası baş verir. Histeroskopia perforasiyanın yerini, ölçüsüsü dəqiq müəyyən etməyə və sonrakı taktikanı seçməyə köməklik göstərir.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 565
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri