Hansı duyğular qadınlarda cinsi xəstəliklərə çevrilir

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 659
Səs ver:
(səs: 0)
İnciklik hissinin heç bir xəstəliyə çevrilməməsi və cərrahi müdaxilə tələb olunmaması üçün nə etmək lazımdır?

Yəqin ki, inciklik həyatımız üçün ən xoşagəlməz və zəhərli hisslərdən biridir. Məsələ ondadır ki, digər duyğulardan fərqli olaraq incikliyin çıxışı yoxdur, o, illərlə yığıla və hansısa mərhələdə ciddi xəstəliyə çevrilə bilər. Psixoloji araşdırmalar göstərib ki, qadınların ərinə olan incikliyi cinsi xəstəliklərə səbəb olur. Mioma əməliyyatı keçirmiş qadınlar etiraf edib ki, əməliyyatdan sonra özünü daha təmiz hiss edir və bundan sonra öz aurasını incikliklə çirkləndirmək niyyəti yoxdur.
Qadınla.Com bu yazıda oxuyucuları inciklik duyğusunun fəsadları ilə tanış edib.

İnciklik qadın xəstəliklərinin səbəbi kimi

İnciklik qəzəbin ifadə edilmək haqqı olmayan "uşaq" formasıdır. Bunu sadə misalla izah edək: ailədə qeyri-rəsmi və rəsmi bir qəzəb qadağası var, öz aqressiyanı ifadə etmək olmaz, amma sakitcə incimək mümkündür.

Belə ailə son dərəcə manipulyativdir: "Əgər evə gec gəlsən, ananın təzyiqi qalxacaq". Başqa sözlə bu, çıxış yolu tapmayan qəzəbdir.
Əgər siz incikliyi hiss edirsinizsə:

"Küsəcəm” sözünü özünüz üçün "Mən indi hirslənəcəm”lə əvəz edin.

Qəzəbi istənilən mümkün obrazla ifadə etməyə çalışın, balışları yumruqlayın, məşq və ya rəqs edin, şəkil çəkin, incidiyiniz insana məktub yazın və ya meşəyə gedib qışqırın. Yadda saxlayın ki, qəzəb nə özünüzə, nə də başqasına zərər verməli deyil. Bu zaman nə baş verir? Adrenalinin yüksəlməsi hesabına kortizolun səviyyəsi aşağı normaya düşür və heç bir fəsadları olmur.

İnciklik enerjini azaldır

Sirr deyil ki, inciklik enerjini azaldan duyğudur. Hətta bu, çox hiss edilməsə də. Başqa sözlə daimi inciklik faydalı iş əmsalına çevrilən enerjini udur. Odur ki, burada "deşiyi tıxamaq" əhəmiyyətlidir.

Bunu növbəti üsulla həyata keçirmək olar.

Fiziki baxımdan incikliyi harada hiss etdiyinizə diqqət edin. Bu obrazı maye və ya buxar şəklində görün;

Dərindən nəfəs alıb neqativi özünüzdən kənarlaşdırın və bu sözləri deyin: "Mən buraxıram” (konkret olaraq nəyi buraxdığı demək vacb deyil);
Vücudda daha faydalı hisslər üçün doldurula biləcək yerin boşaldığını hiss edin;

İndi isə hava ilə nəfəs alın və boşalmış yeri istiliklə doldurun. Bu zaman ürəyinizdə və ya səsli şəkildə "Qəbul edirəm” (nəyi qəbul etdiyinizi demək mühüm deyil) demək vacibdir.

Yekunda fiziki və emosional təsirlərə fikir verin. Hələdə inciklik hissi qalıb?

3. Nəticə çıxarın və sizə güc verən istiqamətə yönəlin

Çıxılmaz və ya ağır vəziyyətlərdə bu vaxta qədər özünüzə icazə vermədiyiniz işləri edin. Məsələn, hadisələrlə heç bir əlasəi olmayan vacib insana darıxdığınızı yazın. Bu, əhəmiyyətsiz görünsə də, sanki incikliyin köməyi ilə güc, öz ruhuna toxunmaq imkanı və bu vaxta qədər deyə bilmədiklərini demək imkanı doğulur. Odur ki, özünüzü və duyğularınızı dinləyin və xoşagəlməz vəziyyətlərdə hansı impluslar doğulduğuna diqqət edin.

Sizə pislik edən insanlara təşəkkür etməyi, ağrının alovundan keçib yenidən güvənməyi, bağışlamağı, dəyərləndirməyi və sevməyi öyrənin. Çünki həm mənəvi rahatlığa, həm də fiziki sağlamlığa gedən yol bağışlamaqdan keçir. İnciklik isə heş bir halda fayda verməyəcək.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri