Uşaqlıq boynunun eroziyası

Müəllif: Lalə B.
Şərhlər: 1
Baxılıb: 1110
Səs ver:
(səs: 0)
Eroziya ən çox görülən ginekoloji xəstəliklərdən biridir. Statistikaya görə, dünyada hər ikinci qadından biri onunla qarşılaşır. Ancaq hamı bundan şübhələnmir. Gizli eroziya təhlükəsi nədir?Bəzən simptomsuz gedir və ya selikli-irinli, bəzən qanlı xarakterli patoloji ifrazatlarla, omba nahiyəsində dartıcı ağrılarla təzahür edir.Eroziyanın üç növü var:həqiqi, psevdoeroziya, anadangəlmə.
Həqiqi eroziya, mukozanın birbaşa zədələnmiş sahəsidir və nəticədə serviksdən sürünərək silindrik epiteliya ilə örtülür.Həqiqi eroziya adətən qeyri-düzgün yumru formaya, al-qırmızı rəngə malik olub, təmas zamanı asanlıqla qanayır. Eroziyalaşmış sahənin kolposkopiya və mikroskopiya proseslərində genişlənmiş damarlar, ödem, infiltrasiya, fibrin, qan izləri, selikli-irinli ifrazatlar müəyyən edilir.Psevdoeroziya-sağalma prosesində yastı epitel qüsuru uşaqlıq boynu kanalından eroziya səthinə yayılan silindrik epitellə əvəz olunur. Çoxqatlı yastı epitel hüceyrələri ilə müqayisədə silindrik epiteliositlər daha parlaqdır. Eroziya səthi al-qırmızı olaraq qalır.Uşaqlıq boynunun anadangəlmə eroziyası servikal kanalı örtən silindrik epitelin onun hüdudlarından kənara çıxması nəticəsində yaranır. Epitelin yerdəyişməsi (ektopiyası) bətndaxili inkişaf dövründə baş verdiyindən belə eroziyalar anadangəlmə sayılır.Uşaqlıq boynunun anadangəlmə eroziyaları adətən xarici əsnək xətti üzrə kiçik bir sahəni tutur, hamar səth və al-qırmızı rənglə səciyyələnir. Obyektiv müayinə (vaginal güzgülərlə və ya kolposkopiya) zamanı servikal kanalda patoloji sekresiya və iltihab əlamətlərinə rast gəlinmir.Xəstliyin diaqnostika prosesində vaginal güzgülərin köməyilə uşaqlıq boynuna baxış və patoloji ocağın mikroskop altında daha dəqiq qiymətləndirilməsinə imkan verən kolposkopiyadan istifadə olunur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1110
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri