İlk Qadınlıq Dövrü (ilk aybaşı)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 570
Səs ver:
(səs: 1)

Uşaqlıq dövründən çıxdıqdan sonra ailənizin təsirindən uzaqlaşa bilərsiniz. Gəncliyin enerjisini itirmədən yetkinlik dünyasında bəzi məsuliyyətlərə qatlaşmağa hazırsınız. Fiziki olaraq körpə dünyaya gətirə bilərsiniz, ancaq yoldaş tapmaq və bir ailə qurmaq üçün zamanında ananızın gördüyü qədər təzyiqlə üzləşməzsiniz.

Ümumiyyətlə dünyaya körpə gətirməyi iyirmi beş- otuz yaşlarına təxirə salar və əsas fəaliyyətinizi iş, məktəb, ya da səyahətə yönəldərsiniz. Yoldaşlarınızla eyni iqtisadi müstəqilliyi tutmaq üçün çalışar və azadlığınızdan imtina etmək mövzusunda istəksiz ola bilərsiniz.

Bu yaşda sağlamlığınızın əhəmiyyətini qavramaya bilər və onu təhlükəyə ata bilərsiniz. İdman salonlarında saatlarla qala bilər, ancaq həddindən artıq dərəcədə siqaret və spirt istifadə edə bilərsiniz. Pəhriz  saxlayıb ardından həftələrlə kalorisi çox olan yeməklərdən başqa heç bir şey yeməyə bilərsiniz. Sıx ictimai həyatınız tez-tez yuxusuz qalmanızı tələb edə bilər.

İlk qadınlıq eyni zamanda romantik problemlərin həyatınızda əhəmiyyətli yer tutduğu, qida qəbulu nizamsızlıqları, ya da xroniki yorğunluq sindromuna yol aça bilən bir dövürdür. Ailənizdən ayrılıb və öz başınıza yaşayırsınızsa, yoldaşların dəstəyi əhəmiyyətlidir.

Hər hansı bir öhdəçilik olmadan cinsi əlaqə yaradacağınız bir adamın olmasını istəyə bilərsiniz. Əslində uzun dövrlü bir əlaqəyə başlamadan əvvəl bir çox adamla cinsi əlaqəyə girməniz Qərb mədəniyyətlərində qəbul olunan bir davranışdır. Ancaq bunun da bir çox riskləri var. Odur ki, arzu olunmayan hamiləlik və vaxtsız doğuşdan, HIV kimi sonu ölüm olan təhkükəli xəstəlikdən, həmçinin herpes, belsoyuqluğu və klamidya kimi məşhur cinsi yolla keçən xəstəliklərdən qorunmaq üçün də etibarlı seksin əhəmiyyətini anlamanız lazımdır. Bunların biri, ya da hamısı gələcəkdə sağlamlıq və xoşbəxtliyiniz üçün bir təhlükə meydana gətirə bilər.

 

 

Şirin Ağayeva

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 570
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri