Günəş qadınlarda ölüm riskini azaldır

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2940
Səs ver:
(səs: 0)
Yay yaxınlaşarkən günəşlə əlaqədar bildiklərimizin əksini iddia edən bir araşdırma nümayiş olundu. İsveçli alimlərə görə günəş, qadınlarda ölüm riskini azaldır.
İsveçli alimlər, 30 min qadını 20 il davamlı nəzarətdə saxlayıblar. Ortaya bildiklərimizin əksini iddia edən bir nəticə çıxıb. Araşdırmaya görə, günəşdən qaçmaq qadınlarda ölüm riskini artırır.
Heç günəş vannası qəbul etməyənlərin ölüm riskinin günəş vannası qəbul edənlərə görə 2 qat daha çox olduğu təsdiqlənib. Mütəxəssislər səbəbin D vitamini əskikliyi ola biləcəyini ifadə edirlər.
Günəş işığına məruz qalınmasıyla yaranan D vitamini sağlamlıq üçün əhəmiyyətlidir. Çünki D vitamini əskikliyi diyabet, vərəm və sümük xəstəliklərinə tutulma riskini artırır.
D vitamininin döş  xərçəngi olan  qadınlarda ölüm riskini azaltdığı, əskikliyinin isə kişilərdə prostat xərçənginə gətirib çıxardığı da bilinir.
Araşdırma, yay yaxınlaşarkən elm dünyasında mübahisə yaradıb. Günəşin yaydığı ultrabənövşəyi şüaların dəri xərçəngi etdiyini ifadə edən mütəxəssislər, diqqətli günəşlənmənin  əhəmiyyətini vurğulayıblar.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri