Genital gigiyenanı qorumağın 10 qızıl qaydası

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 15 085
Səs ver:
(səs: 2)
QAYDA 1
Həkiminiz əksini demədiksə vaginanın içini yumağa istiqamətli çıxarılan gigiyena məhsullarını istifadə etməyin. Ancaq bu məhsullarla xarici genital bölgənizi təmizləmənizdə bir qorxu yoxdur.

QAYDA 2

Tualet sonrası təmizlikdə, təmizliyin öndən arxaya edilməsi çox əhəmiyyətli. Əks halda bakteriyalar vaginaya bulaşa bilər.

QAYDA 3
Göbələk və digər bakteriyaların nəmli mühitlərdə daha asan törəməsi səbəbi ilə genital bölgənin quru qalması əhəmiyyətlidir.

QAYDA 4
Əlaqə sonrasında və digər bütün zamanlarda sidik etmə ehtiyacı ortaya çıxdığında təxirə salınmamalıdır.

 

QAYDA 5
Əlaqəyə kafi sürüşkənlik meydana gəlmədən başlamayın. Lazım olsa həkim təklifinə görə sürüşkənləşdirici istifadə edə bilərsiniz.

QAYDA 6
Menstruasiya dövründə tamponu çox fəyişdirməyə laqeyd yanaşmayın. Vaginal tamponlar uzun müddət vagina içində qaldıqlarında problem yarada bilərlər.

QAYDA 7

Cinsi yolla bulaşan xəstəliklər (CYBH) baxımından risk altında olan biriylə cinsi əlaqəyə girdiyinizdə prezervativ istifadə etməsini istəmək ən təbii haqqınızdır.

QAYDA 8
Lepiçka və ülgüc tük köklərinin infeksiyasını asanlaşdırar və genital bölgənin daha asan tahriş olmasına səbəb olar. Bunun yerinə qayçı istifadə etməyi seçim edə bilərsiniz.

QAYDA 9
Tualetdə unitaz qapağının üzərinə sərilən tək istifadəlik kağızları mütləq istifadə edin. Bir başqa problem də tualetin içindəki çirkli suyun genital bölgəyə sıçramasıdır. Bunu önləmək üçün çirkli suyun üzərini tualet kağızıyla örtə bilər ya da mavi su verici dezenfektan həblərdən faydalana bilərsiniz.

 

QAYDA 10
Heç bir probleminiz olmasa da illik ginekoloji müayinənizi etdirin. Bu, gec əlamət verən xəstəliklərin diaqnozu  və müalicəsi baxımından çox əhəmiyyətlidir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 15 085
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri