Eroziyanın yaranma səbəbləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 34 902
Səs ver:
(səs: 5)
Eroziyanın yaranma səbəblərinə nəzər salanda belə nəticəyə gəlmək olar ki, o, xəstəlik deyil.

Yaranma səbələri...
Eroziya - xəstəlik yoxsa deyil? Bunun başlıca səbəbi hormonal fonun pozulmasıdır. Belə ki, uşaqlıq boyunda eroziyanın yaranma səbəbi - estrogen hormonunun səviyyəsinin dəyişməsidir. Buna gətirə biləcək bir sıra səbəblər ola bilər. Bir çox qadınların qəbul etdiyi kontrasepsiya vasitələridir ki, onların komponentlərinin tərkibində bu hormon vardır. Bu isə normanı pozur və eroziyaya səbəb olur. Bir çox xanımlarda isə bu ilk dəfə hamiləlik dövründə olur ki, bu da estrogen hormounun səviyyəsinin  artması ilə bağlıdır.

Eroziyanı digər yaranma səbəblərindən biri də infeksiyalardır. Bunlardan : xlamidioz, honoreya və herpesin adını çəkmək olar. Cinsi yolla keçən  bakterial vaginoz isə, ən çox yayılan vaginal infeksiyadır ki, o da, eroziyaya səbəb ola bilər. Tez bir zamanda veneroloji xəstəliklər və ya vaginal infeksiyaları müalicə etməyə başladıqda eroziyanın yaranma təhlükəsi azalmış olur.

Müalicə etmək lazımdırmı?
Bəli, bəzi hallarda yaranma səbəbləri müxtəlif olan bu problem xanımlara diskomfort hissi yaşadır. Bu uşaqlıq yolundan axıntı və cinsi əlaqədən sonra qan da ola bilər. Hər halda hər eroziyanı müalicə etmək lazım deyil. Həmçini heç bir eroziya xərçəng xəstəliyi və uşaq itirmə kimi halların  yaranma səbəblərindən ola bilməz. Lakin bəzi hallarda lazımsız cərrahi təsir də  çox ziyanlı ola bilər. Belə ki bu müalicə üsulunda sağlam toxumaya  skalpel, lazer və kimyəvi maddələrlərlə bir başa təsir edilir. Hər 3 növdən edilən təsir zamanı sağlam epiteli də zədələnə  bilir.
Sağlam olun!
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 34 902
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri