Aybaşı zamanı köpdən necə xilas olmalı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 286
Səs ver:
(səs: 1)
Aybaşı dövründə qadınları həm ağrı, həm də köp rahat edir. Ağrını müəyyən dərmanlarla aradan qaldırmaq olur. Ancaq şişkinlik üçün dərman tapmaq çətin məsələdir.

1.Cəfəri, yaşıl alma, ananas, gilas, limon və darçın şişkinliyin azalması üçün ideal qidalardır.
Bunları gün ərzində bol-bol yeməlisiniz.
2.Duzdan istifadə etməyin. Tərkibində duz olan hazır qidaları da menyunuzdan çıxarın. Turşu və duzlu pendir növlərindən də uzaq durun.
3. Melisa çayı için. Melisa çayı şişi və stressi azaldır. Həmçinin ağrını azaldan təsirə malikdir.
4.Razyana çayı da içə bilərsiniz. Bu çay da aybaşı zamanı köməyinizə gələcək.
5. Əgər qara çay içməkdən vaz keçə bilmirsinizsə, çayın açıq olmasına diqqət edin. Açıq çayınızı limonla dadlandıra bilərsiniz.
Aybaşı zamanı qəhvə və qazlı içkilərdən uzaq durun.
6.Aybaşı zamanı dəmir itirdiyiniz üçün tərkibində bol miqdarda dəmir olan qidalar yeməlisiniz.
Balıq, toyuq və ət kimi tərkibində zülal olan qidalara üstünlük verin.
7.Ağrı və şiş gözünüzü qorxutmasın. Gündə 30 dəqiqə təmiz havada piyada gəzin. Bu həm ağrılarınızı azaldacaq, həm də şişdən xilas olacaqsınız.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 6 286
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri