Qadınlar daha çox nədən ölür?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 408
Səs ver:
(səs: 0)
Qadınlar daha çox nədən ölür?
Alimlərin son araşdırması bu suala cavab tapıb. Mütəxəssislər bildirir ki, əksəriyyət bu suala «xərçəngdən» cavabı verir. Amma əslində zərif cinsin nümayəndələri arasında cəmi 27% süd vəzinin xərçəngindən dünyasını dəyişir. Çağımızın ən qorxulu bəlalarından olan xərçəng xəstəliyinin dərmanı hələ də tapılmayıb. Gün keçdikcə bu bəlaya düçar olanların sayı artır. Bəzi vərdişlərimizdə, xüsusilə, yemək menyumuzda xırda dəyişikliklərlə bu xəstəlikdən özümüzü qoruya bilərik.
Artıq çəki uşaqlıq, uşaqlıq yolları, süd vəzi, qida borusu və böyrəkdə xərçəng xəstəliyinin yaranma riskini artırır. 10 kq çəki itirmək isə insanın xərçəng xəstəliyinə düçar olmaqdan 50 faiz qoruyur. Zeytun yağı, bol göyərti, təzə və vaxtı ötməmiş qida məhsullarından istifadə etməklə xərçəng xəstəliyinin yaranmasından qaça bilərsiniz. Yüksək kalorili, keyfiyyətsiz bəslənmə, xüsusilə mədə və bağırsaq xərçənginə tutulmağa şərait yaradır.
Təkcə ABŞ-da hər il yarım milyon qadın …ürək-damar sistemindəki çatışmazlığın qurbanı olur. Məsələ ondadır ki, qadınlarda ürək problemləri kişilərdəki kimi ağrı və digər ənənəvi simptomlarla müşayiət olunmur. Bu səbəbdən ürək əksəriyyət xanımların heç yadına düşmür. Alimlər bildirir ki, qadınlarda ürək çatışmazlığı özünü ürəkbulanma, baş ağrısı, ürək döyüntüsü şəklində büruzə verir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 408
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri