Hər qaşınma göbələk deyil

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 17 801
Səs ver:
(səs: 2)
Qadınlarda sıx ratlanan vaginal bölgənin qaşınması çox hallarda göbələk xəstəliyi olaraq qiymətləndirilir.
Vaginal bölgə qaşıntılarının nələrin əlaməti olduğunu təqdim edir.
 
Xalq arasında genital qaşıntı deyildiyində ağıla ilk gələn vaginal göbələk xəstəliyidir. Ən çox rastlanan belə hal "Candida Albicans” adı verilən təsirli mikroorqanizm tərəfindən meydana gəlir. Dəridə uşaq səpgiləri kimi qırmızı, qızarmış bir dəri, dəridə quruma, qaşıntı, simptomları mövcuddur. Bu mikroorqanizm həyat yoldaşları arasında cinsi yolla yoluxula bilər. Əgər bu əlamətlərlə yanaşı ağ rəngli bir axıntı da gəlirsə, şübhə daha da dəqiqləşir. Tam diaqnoz isə vaginal bölgədən alınan yaxma sayəsində qoyulur.
 
Qadındakı bu problemi həyat yoldaşının da qəbul etməsi məsləhət olan kapsul vaginal bölgə və xarici dodaqlardakı qaşıntını aparacaq steroid, antifungal tərkibli kremlərlə müalicə etmək olar. Qadının fərqli səbəblərdən istifadə etdiyi antibiotiklər, soyuqdəymə, şəkər xəstəliyi, cinsi yaxınlıqla yoluxulan xəstəliklər də vaginanın florasını pozaraq infeksiyaya yoluxması üçün daha da əlverişli edir.
 
Xarici dodaq (vulva) qaşıntılarına diqqət!
Vulvada (xarici dodaqlarda) olan qaşıntı hər zaman göbələk xəstəliyindən baş verməyə bilər. Cinsi yolla yoluxulan bütün xəstəliklər zamanı da bu qaşıntı yaşana bilər. Cinsi yolla yoluxulan bir xəstəlik tapılıbsa, qarşı tərəfin də yoxlanıb müalicə edilməsi mütləqdir.
 
Xarici dodaq xərçəngindəki ilk əsas əlamət qaşıntıdır. Bunun adi qəbul edilməsi xərçəng diaqnozunun 1 il gecikməsinə səbəb olur. Buna görə 60 və yuxarı yaşlardakı qadınlarda davam edən bu qaşıntılara laqeyd yanaşmaq olmaz.
 
Bundan başqa qaşıntı, dəri qruruluğu, menopauza, bununla bağlı olan esterogen çatışmazlığı, dərman, ya da kosmetik vasitələr, şamlar, sintetik alt paltarları, sədəf xəstəliyi, "kutanoz hüceyrə lenfoma” adlanan linfa xərçəngi, bəzi sistematik xəstəliklərin dəri əlamətidir.
 
Xroniki böyrək çatışmazlığında böyrək yoluyla atılmayan metabolitlərin toplanması və dəriyə təsirləri, qaraciyər xəstəlikləri, qaşıntı yaradan sinir sistemi xəstəlikləri, şəkər xəstəliyinin sinir sistemi hissiyyat lifərində törətdiyi fəsadları, multiple sklerozis xəstəliyi, psixoloji səbəbli qaşıntı xəstlikləri, kontakt dermatit, qasıq biti, qaraciyərə öd yığılması, qan hüceyrələrinin çoxluğu, postherpetik nevroliji kimi bir çox xəstəliklərdə də vaginal qaşıntı əlamət olaraq görülür. Müalicə reaksiya verməyəndə, vaginal bölgədə ziyil, iltihab kista kimi hallarda mütləq ginekoloqa getmək lazımdır.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 17 801
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri