Döş xərçəngindən bu qidalarla qorunun!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 436
Səs ver:
(səs: 1)
Kefir
Kefir şişin meydana gəlməsinə maneə olur və yaranan xərçəng hüceyrələrinin inkişafını zəiflədir. Yaponiyada siçanlar üzərində aparılan araşdırmada kefirin xərçəng riskini 53,6 faiz azaltdığı ortaya çıxıb. Xərçəngə yaxalanmaq ehtimalı çox olan insanlar xərçəngin qarşısını alan dərmanlarla birlikdə kefir içdikdə isə bu risk 67 faiz azalır.
Kimyaterapiya edilən xəstələrdə kefir bu proseduranın mənfi təsirlərini aradan qaldırır. Belə xəstələrdə müşahidə olunan ürək bulanma, ishal, qusma və ağrı kimi simptomlar kefir içdikdə azalır.

Zeytun yağı
Zeytun yağında olan turşular döş xərçənginə qarşı qoruyucu funksiya daşıyır. Hətta "oleik" turşusu döş xərçəngini meydana gətirən genlərin hərəkətə keçməsinə maneə olur.
Bu turşu həm də xərçəng xəstələrinin istifadə etdikləri dərmanların təsirini də artırır. Zeytun yağının bu xüsusiyyətlərindən faydalanmaq üçün keyfiyyətli markalardan almaq və doğru şəraitdə saxlamaq önəmlidir. Bu yağ işıq görməyən və nəmsiz mühitlərdə mühafizə edilməlidir. Gündə bir neçə qaşıq zeytun yağı içmək çox faydalıdır. Yeməklərdə istifadə etdikdə isə yeməyi ocaqdan götürmədən 5 dəqiqə öncə əlavə etmək lazımdır.

Üzüm qabığı və çəyirdəyi
Üzümün qabığında olan "resveratrol” adlı maddə orqanizmi xərçəngdən qoruyur. Bu meyvənin çəyirdəyi də faydalıdır. Üzümün çəyirdəyində bol miqdarda antioksidant var və xərçəngə qarşı orqanizmin müqavimətini artırır.
Üzümlə yanaşı, onun qurusu, yəni kişmiş də faydalıdır. Üzüm həm də  xəstəliyin müalicəsi zamanı istifadə edilən kimyəvi maddələrin orqanizmə mənfi təsirini azaldır. Üzümün tərkibindəki maddələr zərər görmüş hüceyrələri bərpa edir.

Brokkoli
A, C, E vitaminləri və karoten maddəsi ilə zəngin olan bu tərəvəz döş xərçənginə qarşı təsirlidir. Eyni zamanda, prostat xərçəngi xəstələrinə də faydalı olduğu sübut edilib.
Brokoli döş xərçənginə qarşı 5 qoruyucu maddə ehtiva edir. Bunlardan ən güclüsü "sulforafen” adlı maddədir.

Soya
Döş xərçənginin meydana gəlməsində estrojen hormonunun səviyyəsi əhəmiyyət daşıyır. Belə ki, estrojen səviyyəsi yüksək olduqda xərçəng riski də yüksəlir. Estrojenin 15 faiz aşağı enməsi xərçəng riskinin 4 dəfə azalması deməkdir.  Soya paxlasındakı "genistein” adlı maddə estrojenin təsirini azaldır.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 436
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri