Sinə xərçəngini önləyən 5 qida

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 142
Səs ver:
(səs: 0)
5-65 yaş arası qadınların ölüm səbəblərinin başında döş xərçəngi gəlir. Dünyada hər il 700 min insanın döş xərçəngindən öldüyü təxmin edilir. ABŞ-da isə bu rəqəm 45 mindir.
 
Döş xərçənginin risk faktorları
Yaş: yeni döş xərçəngi diaqnozu qoyulan qadınların 70 faizinin yaşı 50-dən yuxarıdır. 50 yaşı keçdikdə risk 4 qat artmaqdadır.
Genetik miras: ailə üzvlərindən biri döş xərçəngi olan qadınlarda bu xəstəlik riski daha yüksəkdir.
Doğum yaşı: 30 yaş üzərində doğuş edən qadınlarda 20-30 yaş arasında ana olanlara görə risk 2 qat daha çoxdur.
Esterogen hormon müalicəsi: Menopauza səbəbindən uzun müddət esterogen hormon müalicəsi alan qadınlarda risk daha çoxdur.
Spirtli içki və siqaret: bu, riski artırır.
Pis qidalanma vərdişləri: Qızardılmış, hisə verilmiş, yağlı qidalar riski artırır.
 
 
Kefir şişin yaranmasını ya da var olan şişin böyüməsin dayandırır. Xərçəng riskini 53.6% nisbətində, dərmanlarla istifadə edildiyində 67% nisbətində azaldır.
Kimyaterapiya görən qadınlarda kefir kimyaterapiyanın yan təsirlərini azaldır və bulant,  ishal, qusma, ağrı kimi şikayətlərdə azalma görülür.
 
Zeytun yağının tərkibində olan oleik asit, sinə xərçənginə qarşı qoruyucu özəlliklər daşımaqdadır.
Oleik asit döş xərçəngini inkişaf elətdirən genə təzyiq edərək hərəkətə keçməsinə səbəb olur.
Eyni zamanda oleik asit döş xərçəngində istifadə olunan dərmanların təsirini də artırır. Çiy qəbul edilməlidir. Yemək bişirərkən istifadə edilərsə, bişmədən 5 dəqiqə əvvəl istifadə edilməlidir. İşıq görməyən nəmsiz yerlərdə saxlayın.
 
Üzüm qabığı və çəyirdəyi. Üzüm qabığında olan resveratrol, xərçəng əngəlləyici özəlliyə sahibdir. Üzüm çəyirdəyində olan polifenoller antioksidan təsir edərək sərbəst radikalların təsirini azaldır. Üzüm çəyirdəyi və üzüm çəyirdəyi ekstraktının da xərçəngə qarşı qoruyucu təsiri var.
Radioterapiya zamanı yaranan ağrı, yara əleyhinə də qoruyucu təsir edir.
 
Brokoli A, C , E və karotenlə olduqca zəngindir. Döş xərçəngi ilə yanaşı prostat xərçəngi üzərində də müsbət təsiri var. 5 qoruyucu maddə tərkiblidir və bunlardan biri sulforafendir.
Xərçəngə qarşı təsiri quinnen reduktaz fermentini aktivləşdirməsindən qaynaqlanır. Bu təsiri dəstəkləyən tərkbində olan sulforafen və indol-3 carbinal maddəsidir. İndol baxımından zəngindir. İndol bitki mənşəli hormondur.
Bu hormonlar qadınlarda hormon nizamını təmin edir. Antioksidan təsirini təmin edən isə quercetin və kaempherol maddələridir.
 
Lobya. Döş xərçənginin yaranmasında esterogen səviyyəsi və təsiri önəmlidir. Səviyyəsində yüzdə 15 azalma bu riski 4 qat artırır. Lobyadakı genistein esterogen təsirini azaldır. Lobya qanda esterogen bağlayan maddələrin artmasına kömək edir.
Genistein, sümük və qan yağları üzərində esterogenə oxşar təsir yaradıb , süd vəziləri və prostat kimi hormona bağlı orqanları qoruyur. Tərkibindəki gama tokoferol (E vitaminin başqa formulu) təhlükəli bir sərbəst radikal olan nitrit peroksidi bağlayar.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 142
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri