Qadınlarda erkən boşalma və müalicəsi

Müəllif: Antikvar
Şərhlər: 4
Baxılıb: 19 961
Səs ver:
(səs: 1)

Hər iki tərəfi xoşbəxt və məmnun edən cinsi münasibət sağlam birlikdəliyin ən önəmli ünsürlərindəndir.

Xoşbəxt cinsi yaşam insanları bir-birinə yaxınlaşdırır, bağlayır və bütünləşdirir. Ancaq cütlüklərin ən çox qarşılaşdıqları cinsi problemlərin başında qadınlarda erkən boşalma, gec boşalma və ya orqazm ola bilməmək kimi şikayətlər gəlir.

Halbuki erkən boşalma ancaq kişilərin problemi olaraq hesab olunurdu.

 

Qadınlarda erkən boşalma əlamətləri:

Cinsi birləşmə olandan 1 dəqiqə sonra qadının istəyi olmadan boşalma yaşanması

Boşlama dartılmaları, bədənsəl və ruhi duyumların çox az səviyyədə olması

Orqazm seyrəkliyi, ya da yoxluğu

Erkən boşalmanın təxminən 6 aydır davam etməsi

Ruhi sıxıntıya səbəb olması

Sevdiyindən uzaqlaşmaya səbəb olması

Cinsi kökənli olmaması, ərin güc tətbiq etməsi, dərmana, ya da başqa sağlıq durumu ilə bağlı meydana gəlməməsi.

 

Səbəbi nədir?

Qadınlarda erkən boşalmaya cinsəlliyə şişirdilmiş önəm verilməsi, uyğunsuz ortamlarda ayıb, qadağan və günah duyğuları ilə sekslə məşul olmaq, yaxalanma, eşidilmə qorxusu, mənfi düşüncələr, cinsi təcrübəsizlik səbəb olur. Təxminən yüzdə 20 qadında rastlanır.

 

Qadınlar birdən çox boşala bilər, yəni "multiorqasmik” yaşayırlar. Kişi boşaldıqdan sonra 30 dəqiqə istirahətə ehtiyac duyduğu halda qadın buna ehtiyac duymadan bir-birinin ardınca orqazm ola bilər.

Vaginal islanma qadının zövq almasını asanlaşdırır. Erkən boşalma zamanı isə proseslər sürətli gerçəkləşdiyində vaginada başlayan islanma azalır və klitor həssaslıq cinsiyyəti çətinləşdirir, qadının acı çəkməsinə və cinsi istəksizliyə səbəb olur.

Qadın artıq davam etmək istəmir və sevdiyinin davam etməsindən sıxıla bilir. Sonra da özünü yetərincə rahatlaya bilməmiş, gərgin, hüzursuz hiss edir. Pelvik orqanlarda toplanan qan narahatlıq yaradır, qadınlarda bel və kürək ağrıları yaranır. İnsanın psixoloji çöküntü yaşaması, özünü yetərsiz hesab etməsi cinsi aktivliyin davamını əngəlləyir. Qadın zamanla qəzəb, üzüntü, çökmə, cinsi soyuqluq yaşayır.

Müalicəsi üçün cütlüklərin bədənlərini, bir- birini yaxşı tanımaları, cinsi birləşmə zamanı uyum göstərmələri, həzz alacaqları həssas bölgələri kəşf etmələri  cinsi pozisiyaları tanımalıdırlar.

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 19 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri