Menstruasiya sancısı haqqında bilmədikləriniz

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 8 327
Səs ver:
(səs: 6)
Araşdırmalar qadınların təxminən 60 faizindən çoxunda menstruasiya dövrünün çox ağrılı keçdiyini ortaya çıxarıb. Ağrının səbəbi menstruasiya dövründə uşaqlığın büzülməsindən və sıxılmasından dolayı uşaqlıqda qan dövranının zəifləməsi və oksigenin azalmasıdır. Türkiyəli ginekoloq Esra Can Çətin ağrının hər qadında fərqli olduğunu, insanın ağrı hissinə göstərdiyi dözümün psixoloji və ya genetik faktorlara bağlı olduğunu bildirib.

Qadınların yarısından çoxunda menstruasiya dövründə az, ya da çox ağrı olur. Ancaq təxminən 10% qadında menstruasiya dövründəki sancı olduqca şiddətli olur, hətta qadının özünü 1-3 gün ərzində iş görə bilməyəcək qədər pis hiss etməsinə səbəb olur. Əslində menstruasiya mexanizminin əhəmiyyətli prosesi olan sıxılmaların qadın tərəfindən ağrı şəklində hiss edilməsi normaldır. Bu sıxılmaların məqsədi qanamanın səviyyəsini azaltmaqdır. Bu sıxılmalar prostaglandin adı verilən bəzi maddələrin ifrazına səbəb olur. Nəticədə ağrılarn olması prostaglandinin ya həddən artıq miqdarda ifraz olunması, ya da qadının ağrılara həddən artıq həssas olması ilə əlaqədardır.
Prostaglandinin ifrazı ilə menstruasiyadan qısa müddət əvvəl başlayan və menstruasiya bitdikdən sonra tamamilə itən menstrusiya sancısı yumurtlama prosesinin getdiyinin etibarlı əlamətlərindən biridir. Menstruasiya sancısı ümumiyyətlə, menstrusiyadan əvvəlki ilk 24 saat ərzində başlayır, menstruasiya ilə birlikdə şiddəti davamlı olaraq artır və menstruasiya dövrünün bitməsinə qədər get-gedə yüngülləşir. Ürəkbulanma, qusma, halsızlıq, şiddətli bel ağrısı və baş ağrısı ən çox görülən digər əlamətlərdir. Ağrının çox şiddətli olduğu hallarda huşunu itirmə belə ortaya çıxa bilər. Menstruasiya sancıları ağrıkəsicilərlə kəsilərsə və başqa bir ginekoloji əlamət yoxdursa, ginekoloqa müraciət etmək lazım deyil. Ancaq menstruasiya sancıları çox şiddətli olub ümumi hala mənfi təsir etməyə başlayıbsa, mütləq ginekoloqa müraciət edilməlidir. Endometrioz, xroniki infeksiya, yumurtalıq kistaları, miyomlar və digər bəzi ginekoloji xəstəliklər öz xüsusiyyətləri ilə yanaşı, eynilə menstruasiya sancısı kimi ağrılar verə bilər. Aparılan ginekoloji müayinə bu vəziyyətlərin varlığını ortaya çıxarar və belə vəziyyətlərdə müalicə tamamilə fərqli olar.

Həkim menstruasiya sancısının qidalanma və bəzi məşqlərlə azaltmağın mümkün olduğunu və ağrının yüngülləşdiyini bildirib. Ancaq dərman kifayət olmadığı hallarda ağrıkəsici qəbul etməkdən çəkinməyin. Menstruasiya sancısı varsa, ona müsbət tərəfdən baxın. Bu proses orqanizmdə yumurtalamanın, yəni, ovulyasıyanın göstəricisidir. Həkim yaş ötdükcə menstruasiya sancısının şiddətinin azaldığını bildirib. Lakin evləndikdən sonra ağrının azalacağı yanlış məlumat olduğunu açıqlayıb. Ancaq doğuşdan sonra uşaqlıq ağzı daha açıq olduğu üçün ağrı daha az hiss edilir.

Doktor Çətinin menstruasiya dövrü haqqında maraqlı fikirlərini təqdim edir:

Müalicə formaları

Qarnın üstünə qoyulan isti su torbaları qan dövranının sürətlənməsinə yol açaraq ağrını azaldır. İlıq duş qəbul etmək, ayaqlarını isti suya qoymaq da fayda verir. Təklif olunan temperatur 40 dərəcədir.

Qidalanma rejimi

B və E vitaminləri ilə maqnezium tərkibli dərmanlar ağrını azaldır. Bitki çayları əzələlərə yumşaldıcı təsir göstərir. Bu dövrdə çobanyastığı çayı və razyana çayı faydalı olar. Rasionda qəhvə, şokolad, kola, çay kimi kofein tərkibli qidaları azaltmaq lazımdır.
(səs: 6)
Şərhlər: 8
Baxılıb: 8 327
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri