Menstruasiyalar arası qanaxmalar

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 7 282
Səs ver:
(səs: 2)
Bir menstruasiyadan növbəti menstrusiyaya kimi olan dövr "menstrual dövr" adlandırılır.

XX Menstrual dövrün uzunluğu qadınlarda fərdidir. Bir qadında bu 24 gün, digərində 26, 28, 30 gün və s. ola bilər. Ən qısa menstrual dövr 21 gün, ən uzun - 35 gün təşkil edə bilər.

Menstrual qanaxma normada 3-7 gün təşkil edir. Menstruasiya al qırmızı qanın ifraz olunması ilə başlayır, daha sonra qan tədricən tündləşir. Normada bu belə olmalıdır. Qadında menstrual dövrünün normadan qısa və ya uzun olması, menstrual qanaxmanın müddətinin normadan uzun və ya qısa olması, menstrual dövrünün qeyri-müntəzəm olması hər hansı xəstəliyin və ya patologiyanın əlaməti ola bilər.

Menstrual dövr "səbəbsiz olaraq" uzanıb və ya qısalıbsa, menstrual qanaxma azalıb və ya çoxalıbsa, qadın mütləq ginekoloqa müraciət etməlidir.

Qadında menstruasiyadan kənar cinsiyyət orqanlarından qanlı ifrazatların olması əksər hallarda patoloji hal sayılır. Bu halda qadın dərhal ginekoloqa müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir. Belə qanlı ifrazatlar hər hansı, bəzən çox təhlükəli xəstəliklərin və pozulmaların əlaməti ola bilər.

Bu xəstəliklərin və pozulmaların arasında:

- Endometriumun hiperplaziyası və endometriumun polipləri. Bu pozulmalar zamanı menstrual qanaxmalar çox intensiv və ağrılı olur, menstruasiyalar arası qadında cinsiyyət yollarından qanlı ifrazatlar müşahidə olunur.

- Uşaqlıq mioması. Menstruasiyalar intensiv olur, onların müddəti uzanır, menstruasiyalar qarının aşağısında və beldə tutmaşəkilli ağrılarla müşayiət olunur.

- Endometrioz. Menstruasiyadan sonra və əvvəl bir neçə gün ərzində qanlı ifrazatlar olur, menstruasiyalar ağrılı olur, ifraz olunan qanda laxtalar olur.

- Polikistoz yumurtalıqlar sindromu. Bu pozulma zamanı qadında qanaxmalar müşahidə olunur, menstruasiyalar qeyri-müntəzəm olur.

- Uşaqlıq boynu və endometriumun xərçəngi. Menstruasiyalar arası qadında müxtəlif intensivlikdə olan qanaxmalar müşahidə olunur. Qanaxma cinsi əlaqədən və ya ginekoloji müayinədən sonra başlaya bilər.

- Uşaqlıq boynu eroziyası. Adətən bu pozulma özünü heç bir əlamətlə büruzə vermir. Lakin pozulmanın ağır formalarında qanaxma cinsi əlaqədən və ya ginekoloji müayinədən sonra başlaya bilər.

- Endometrit. Uşaqlığın daxili qatının iltihabı zamanı menstruasiyanın müddəti uzanır, menstruasiyalar arası qanlı ifrazatlar ola bilər.

- Uşaqlıq yolunun travmaları (cinsi əlaqə nəticəsində və s.).

- Qadın cinsiyyət sistemi infeksiyaları.

- Qalxanvari vəzi hormonların tarazlığının pozulması.

- Yuvenil qanaxmalar. Qızlarda ilk menstruasiyadan (buna "menarxe" deyilir) sonra 1 il ərzində menstrual dövr qeyri-müntəzəm ola bilər: menstruasiyalar müxtəlif fasilələrlə başlayır, 1-2 ay ərzində olmaya bilər, menstrual qanaxmaların intensivliyi də müxtəlif ola bilər. Bu normal sayılır. Daha sonra isə menstrual dövr düzəlməlidir və menstruasiyalar hər dəfə müəyyən fasilələrlə başlamalıdır.

Əgər hətta 2 ildən sonra menstruasiyalar müntəzəm xarakter almırsa, qızda tez-tez uzunmüddətli qanaxmalar müşahidə olunursa, bu artıq hər hansı pozulmanın simptomu sayıla bilər. Bu pozulmaların arasında: qadın cinsiyyət orqanların patologiyaları, hormonal pozulmalar və s. Uzunmüddətli qanaxmalar çox təhlükəlidir. Bu ağır anemiyanın (qanazlığı) inkişafına səbəb ola bilər.

Nəzərinizə çatdıraq ki, bəzi hallarda menstruasiyalar arası qanlı ifrazatların olması patoloji xarakter daşımır. Buna səbəb hamiləlik əleyhinə hormonal preparatların qəbulu, uşaqlıq daxili spiralın olması. Bəzi qadınlarda ovulyasiya (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) çox cüzi qanlı ifrazatlarla müşahidə olunur.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 7 282
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri