Polikistoz yumurtalıqlar sindromu

Müəllif: Qlamurr
Şərhlər: 13
Baxılıb: 1124
Paylaş:
Səs ver:
(səs: 1)
Polikistoz yumurtalıqlar sindromu zamanı hormonal tarazlığın pozulması nəticəsində qadında ovulyasiya prosesi baş vermir.

 Yumurta hüceyrələri lazımi ölçüyə qədər yetişdikdən sonra yumurtalığı tərk etməyərək, çoxsaylı kiçik kistalar şəklində, onun daxilində qalırlar.

Xəstəliyin adı da buradan götürülmüşdür (poli-çox, çox kistalar). Kistaların olması səbəbindən yumurtalığın qişası bərkimiş, onun ölçüləri isə xeyli artmış olur. Polikistoz xəstəliyi qadınların sonsuz olmasının ən çox təsadüf edilən əsas səbəblərindən biridir. Bundan başqa, polikistoz xəstəliyi müalicə olunmadığı hallarda, ağır uşaqlıq qanaxmalarına, piylənməyə, yumurtalığın (və ya ölçüsü böyük olduğu halda kistanın) dağılmasına və bəzi hallarda isə hətta onkoloji xəstəliklərə də (uşaqlığın xərçəngi, süd vəzisinin xərçəngi) səbəb ola bilər.

 Polikistoz xəstəliyin əsas əlamətləri aşağıdakılardır:

- aybaşı tsiklinin pozulması;

- bəzi hallarda qanaxma;

- bədəndə (sinədə, belin aşağı hissəsində) və üzdə kişi tipinə xas olan şəkildə tük örtüyünün artması;

- sızanaqlı səpgilər, dəri və saçların yağlı olması;

- 50% xəstələrdə səbəbi olmadan çəkinin kəskin şəkildə artması;

- USM zamanı yumurtalığın bütün ölçülərinin artması.

Polikistoz xəstəliyi əksər hallarda cinsi yetkinlik dövründə başlayır. Tibbdə bu xəstəliyin hansı səbəbdən inkişaf etməsi barədə hələ ki, dəqiq fikirlər yoxdur. Yalnız o məlumdur ki, hansısa səbəbdən orqanizmdə estrogen hormonlarla (qadın cinsi hormonları) androgen (kişi cinsi hormonları) hormonlar arasında nisbət tarazlığı pozulur (kişi cinsi hormonların hazırlanması artır, qadın cinsi hormonların hazırlanması isə əksinə olaraq azalır) ki, bu da polikistozun yaranmasına səbəb olur.

Belə bir fikir də vardır ki, aktiv cinsi yetkinlik dövründə (10-12 yaş) qız uşaqlarının keçirmiş olduqları çoxsaylı kəskin respirator virus infeksiyaları, anginalar, streslər, irsiyyət, ilkin və erkən abortlar (uşaqsalmalar) və s. buna bənzər hallar bu xəstəliyin yaranmasına təkan verə bilərlər.

Müayinə olunduqdan sonra (USM, qanın hormonlara görə müayinəsi, sidikdə androgenlərin təyini) polikistoz diaqnozu təsdiq olunarsa, hormonal dərman preparatları ilə müalicə kursu təyin edilir. Təəssüflə qeyd etmək lazımdır ki, hazırki dövrdə qadınları polikistoz xəstəliyindən tamamilə xilas edə biləcək müalicə üsulları məlum deyil. Bu zaman qarşıya qoyulan əsas məqsəd qadını narahat edən əlamətlərin (aybaşı tsiklinin pozulması, tüklənmə və s.) aradan götürülməsidir. Polikistoz xəstəliyi zamanı xüsusi hormonal dərman preparatları da təyin edilir. Onlardan istifadə edilməsi nəticəsində aybaşı tsiklinin bərpa olunması, kişi cinsi hormonlarının səviyyəsinin azaldılması, qadının artmış olan tüklənmədən, dəridəki səpgilərdən və s. bu kimi əlamətlərdən də xilas olunması əldə olunur. Bu preparatları qadın mütləq olaraq menopauza dövrünə qədər qəbul etməlidir. Əks halda aybaşı tsikli yenə də pozulacaq.

Polikistozu olan qadın uşaq olmasını arzu etmiş olarsa, bu halda həkimlər ona ovulyasiyanı stimullaşdıran xüsusi hormonal müalicə kursu təyin edirlər.

Əvvəllər belə hesab edirdilər ki, qız uşaqlarında polikistozun müalicəsi yalnız onlar ərə getdikdən sonra aparıla bilər. Hal-hazırda bu fikir səhv hesab edilir! Belə ki, orqanizmin hormonal fonu, praktiki olaraq, onun bütün həyat əhəmiyyətli funksiyalarının yerinə yetirilməsinə cavabdehlik daşıyır. Məhz buna görə, polikistozun, həmçinin hormonal sahənin bütün digər xəstəliklərinin müalicəsi mümkün qədər tez başlanmalıdır. Digər bir tərəfdən, uşaq olmasını istəməyən qadınlarda polikistozun müalicəsinin "vacib olmadığı” fikri də səhv hesab edilir. Çünki xəstəliyin müalicənin aparılmadığı təqdirdə, onlarda hansı ağır fəsadların ola biləcəyindən qadınlar çox zaman xəbərsiz olurlar.

loading...
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 1124
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
gunel123
Mendede var(((((
21 dekabr 2015 12:01
13
Offline
wenikmurik
ehh mende var ALLAH komey olsun mene vebawqalarina ..ve 7aydi hamile qala blmirem polikistoza gore((
18 mart 2015 21:04
12
Bugunume wukr!
Offline
Qlamurr
Allah qorusun,pis xəstəlikdi.
13 mart 2015 23:57
11
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Luna-90
Menim problemimden .mende yetkinlikde esebden yaranib helede evezini cekirem sukurki 1 ovladim var
11 mart 2015 22:37
10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
guler19
cox genis yayılmis ve cox tesaduf olunan muasir dovrun xesteliklerinden biridir.ALLAH uzaq etsin hamımızdan amin
11 mart 2015 10:02
9
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Offline
uliçka
Allah uzaq eləsin...Amin
11 mart 2015 09:28
8
Həyat kino kimidir,ən marağlı anında bitir
Offline
Fialka
Bu xəstəlik haqqında çoxda məlumatım yoxuydu ...Allah heç bir qadına göstərməsin Amin.
11 mart 2015 09:03
7
Offline
Miss_Oxatan
Allah uzaq elesin mendende hamidanda,Amin
11 mart 2015 08:43
6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
lili)
deyirem yaziq qadinlar her cure xesdelik vareee Allah uzaq elesin
11 mart 2015 08:37
5
Offline
tatyana
bilirdim bu xestelik haqda,esasen tuklenme coxaldigini esitmisdim,oda kisi harmonlari artigindanmis
11 mart 2015 07:22
4
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
aziz a
Beli melumatim var idi birazda tekmillesdirdim tesekkur..
11 mart 2015 06:20
3
Rebbim kömek olsun cümlemize Amin
Offline
BARBI
Allah gostermesin bu xestelik olan xanimlarin ana olmaq riski de cox azdir
11 mart 2015 04:20
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
vipbetul
Allah uzaq elesin
11 mart 2015 02:45
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv