Döş sallanmasının səbəbləri

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 7 047
Səs ver:
(səs: 5)
Döş sallanması və həllini detallarıyla paylaşır.
Əvvəlcə gəlin sallanan sinənin nə demək olduğuna açıqlıq gətirək. Estetik döşdə döş ucunun mövqeyi , sinənin alt xəttinin sinə divarıyla birləşdiyi sərhəddən 4-5 santimetr yuxarıda olmalıdır. Əgər döş ucu, sinənin alt xəttində və ya daha aşağıda olsa bu atıq deformasyalı döş sallanmasıdır.
Döş sallanmasının səbəbləri
Hamiləlik sonrası əmizdirmə dövrü sinə sallanmasının əhəmiyyətli səbəblərindəndir. Bundan başqa sinənin sallanmasına gətirib çıxaran bir çox faktorları da sadalamaq olar:
Yaş faktoru,
Günümüzün məşhur sağlamlıq problemi olan çox kilolardan xilas olmaq üçün tez-tez diet etmək,
Kilo alıb - vermək,
Hormonal balanssızlıqlar,
Hormonal dərmanların möhkəm sinələr üzərində mənfi təsiri və irsən sinə sallanmasının erkən yaşlarda görülməsi...

Sinə dikləşdirmə əməliyyatına uyğunluq üçün bəzi meyarlar vardır. Bu meyarlar;
Sinə uclarının aşağı göstərməsi,
Böyüyən döş uclarına sallanan dəri və yumşalan döş toxuması,
Döş ucunun sinə divarıyla birləşdiyi xəttin altında olması,
Sinə içi toxumanın azalaraq boşalması,
Döşlərdən birinin digərindən daha aşağıda olması,
Sinələrdə uzanma, düzləşmə və genişləmənin varlığıdır.

Sinə kiçiltmə və dikləşdirmə əməliyyatından sonra sinənin həcmi çox diqqətə çarpan dərəcədə böyüyüb, ya da kiçilməz. Adamın bədəninə uyğun ölçülərdə dizayn edilir. Əgər xəstənin sinə içində boşalma və sallananlıq varsa bu vəziyyətdə sinə böyütmə əməliyyatı edilir. Əgər böyük sinələr söz mövzusudursa, kiçiltmə əməliyyatıyla birlikdə dikləşdirmə əməliyyatı edilir.
Əməliyyat sonrasında sinənin yeni dizaynı sürətlə özünü göstərəcəkdir. 6 - 8 həftə boyunca şişlik və şişi azaltmaq və sinənin planlanan şəklini alması üçün xüsusi büstqalter istifadə edilir.
Xəstələr 10 gün içində iş həyatına dönə bilirlər. Sinənin tam olaraq yaxşılaşması və tam şəklini alması 2 - 3 ay çəkir. Əməliyyat sonrasında sinənin dik və dolğun, möhkəm formasını uzun illər qoruması xəstənin diqqətinə bağlıdır.
Tez-tez kilo alıb - vermək, hamiləlik və əmizdirmə vəziyyətində sinədə yenidən sallanma ola bilər.
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 7 047
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri