Menstruasiya zamanı gözəlləşməyin sirrləri

Müəllif: emis
Şərhlər: 9
Baxılıb: 2 664
Səs ver:
(səs: 2)
Qadınlar daha yaxşı bilir: bu dövrdə saçlar fen tutmaz, dəri solğunlaşır, sızanaqlar çıxır, şişkinliklər artır, ağrı və rahatsızlıq yaşanır. Bəs nə etməli?

Menstruasiya zamanı gözəlləşməyin yollarını xanımalr üçün təqdim edirik.

Saçınızın bu günlərdə sözə qulaq asan olması və şəkilə salınması üçün öncəliklə sərt olmayan, tərkibində yuyucu maddəsi olmayan bir məhsulla yuyun. Saç və saç dərisinə masaj edin. Saçlara maska, ya yağ tətbiqini sonraya saxlayın.

Bu günlərdə topuz yığsanız, ya salona gedib saç stilinizi dəyişmək istəsəniz də, həmişəki kimi möhtəşəm olmayacaq. Ona görə salon istəyinizi sonraya saxlamanız məsləhətdir. Unutmayın, arada bədəninizdə dağınıqlığa ehtiyac var. Təbii olmaqdan qaçmayın.

Qırışlar üçün:
Sadəcə gözünüzün iç kənarında "anticerne”, yəni qapadıcı istifadə edin. Baxışlarınızı açmış olarsız. Göz ətrafının yaxşı nəmləndiyinə və göz ətrafı baxımına diqqət edin. Üst kirpiklərə tuj sürtmək məsləhətdir.

Əhval pozuntusu üçün:
Bu günlərdə qadınlarda fərqli əhval pozuntusu yaşanır. Bu narahatlığı özünüzü güvəndə rahat hiss edəcəyiniz pedlərlə üstləyə bilərsiz. Üzünüz solğun olduğunudan üst geyimlərdə ağ, açıq çəhrayı rəng və ya mavi rənglər istifadə edin. Kürən və solğun dəri rənginiz varsa, parlaq, maviyə çalan ağ rənglər seçin. Sarı və şabalıd rəng saçlarınız varsa, solğun ağ rəng seçin.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 664
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri