Klimaks zamanı qadının çəkisinin dəyişilməsi

Müəllif: emis
Şərhlər: 10
Baxılıb: 1570
Paylaş:
Səs ver:
(səs: 4)
Hər üç qadından birinin orqanizmində menofasilə (menopauza) başladıqdan sonra bədən çəkisinin artması və maddələr mübadiləsinin pozulması baş verir. Buna səbəb yenə də estrogen hormonlardır. Onlar menofasilə dövrünə qədər yağların və karbohidratların mübadiləsinə müsbət şəkildə təsir edərək çəkinin normada saxlanmasına kömək edirdilər.

Menofasilə və menofasilədən sonrakı dövrdə qanda estrogenlərin miqdarı azalır. Bunun da nəticəsində maddələr mübadiləsində müəyyən pozğunluqlar başlayır, çəkinin artması baş verir. Bu zaman karbohidratların mübadiləsi daha çox pozulmuş olur ki, bunun da nəticəsində şəkərli diabet xəstəliyi də inkişaf edə bilər.

Əlbəttə ki, menofasilə dövründə maddələr mübadiləsindəki dəyişikliklər heç də bütün qadınlarda baş vermir. Belə pozğunluqlara menofasilə dövrünə qədər maddələr mübadiləsi pozğunluqları olan qadınlar daha çox meylli olurlar.

Bəzi qadınlarda klimaks və menofasilə dövründə çəki birdən-birə kəskin dərəcədə azala bilər ki, bu da orqanizm üçün çox zərərli hesab olunur. Çəkinin kəskin dərəcədə azalması nəticəsində immun sistemi də xeyli zərər çəkmiş olur. Bu isə digər ən müxtəlif xəstəliklərin inkişaf etməsinə səbəb ola bilər. Bundan savayı, çəkinin kəskin dərəcədə azalması orqanizmdə, həmçinin maddələr mübadiləsinin pozulmasına da gətirib çıxara bilər.

Beləliklə, siz menofasilədən əvvəl və sonrakı dövrlərdə öz çəkinizin tez bir zamanda sürətlə artmasını və ya azalmasını müşahidə etsəniz, mütləq olaraq həkimə müraciət edin. Bu zaman aparılan müayinələrdən sonra, həkim tərəfindən sizə müvafiq məsləhətlər verilməklə, qoruyucu müalicə yazılmış olacaq. Belə hallarda müalicədən savayı, düzgün qidalanma da böyük əhəmiyyət kəsb edir.

Menofasilə dövründə qadınlar üçün məsləhət görülən qidalanma rejiminin əsas müddəaları aşağıdakılar hesab edilir:

- müəyyən rejimə riayət etməklə gün ərzində bir neçə dəfə, kiçik həcmlərlə olmaqla qidalanmaq (ac qalmaq lazım deyil, ancaq çox yemək də lazım deyil);

- qida süfrənizdə hər gün meyvələr, tərəvəzlər, giləmeyvələr, yarmalar olmalıdır. Həftədə bir dəfə olmaqla özünüzə yüngülləşdirici pəhriz günü tətbiq edin. Bu zaman məsələn, meyvələr, tərəvəzlər, giləmeyvələr və bir gədər çörək yeyə bilərsiniz;

- ət məhsullarından yağsız mal ətinə, toyuğun döş hissəsinə, hind toyuğuna (hinduşka) üstünlük vermək lazımdır. Balıq məhsullarından daha çox istifadə edin. O, ürək-damar sistemini möhkəmləndirir, qanda xolesterinin miqdarının aşağı salınmasına kömək edir.

- maye kimi mineral sulardan, meyvə şirələrindən, müxtəlif ot dəmləmələrindən istifadə edin. Çay və kofedən müvəqqəti də olsa imtina edin – onlar arterial təzyiqin artmasına səbəb ola bilərlər.

- duzun qəbulunu azaldın (müxtəlif duza qoyulmuş tərəvəzlər – pomidor, xiyar, bibər, badımcan, hisə verilmiş balıq, kolbasa, sosiska və s.). Duz orqanizmdə suyun saxlanılmasına, iştahanı artıraraq daha çox qida qəbul edilməsinə və son nəticədə isə çəkinin arzuolunmayan dərəcədə artmasına səbəb olur. İştahanı artıran digər qida əlavələrindən (istiot, sarıkök və s.) imtina etmək də yaxşı olar.

- süd məhsulları içərisində yağsız qatıq, kəsmik və duzsuz ağ pendirə üstünlük vermək lazımdır. Kərə yağını da mümkün qədər azaltmaq (tərkibində A, D, E vitaminləri olduğuna görə onu qidadan tam şəkildə xaric etmək olmaz) lazımdır;

- tərkibində yüksək dərəcədə xolesterin olan qidaları (yumurta, xama, yağlı pendirlər, heyvanın qara ciyəri, böyrəyi və ürəyindən hazırlanmış qidalar, marqarin, kürü, donuz əti, sosiska, kolbasa məhsulları, hisə verilmiş ət məhsulları, dondurma, tortlar, pirojnalar) qəbul etməyin;

- bütün vitaminlər maddələr mübadiləsinə müsbət təsir göstərirlər. E, S və A vitaminləri isə aterosklerozun inkişafını ləngidə bilir.

Vitamin E ilə zəngin olan mənbələr bitki yağları və tərəvəzlərin yaşıl yarpaqları hesab olunur. Vitamin A (beta karotin) əsasən kərə yağının, həmçinin qırmızı-sarımtıl rəngli meyvə, tərəvəz və giləmeyvələrin (kök, qırmızı bibər, ərik, balqabaq, albalı, gilas qarağat və s.) tərkibində rast gəlinir. Vitamin S (askorbin turşusu) bitkilərin yaşıl hissələrində (şüyüd, cəfəri, kahı, soğan və s.), tərəvəzlərdə (bibər, kələm, kartof, pamidor və s.), giləmeyvələrdə (qara qarağat, çaytikanı, itburnu və s.) və sitrus meyvələrinin (limon, portağal, feyxoa, kivi və s.) tərkibində daha çox olur.

loading...
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 1570
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Qlamurr
Ümumiyyətlə normal insanın qəfildən çəkisinin artması və ya azalması hansısa xəstəliyin başlanğıcı hesab olunur,bu dövrü də orqanizmfən asılı olaraq hər qadın bir cür keçirir.
6 aprel 2015 18:58
10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
emis
Sitat: Nezka
Klimaks nədi?

qadinda menstruasiyanin kesilmesi
6 aprel 2015 16:38
9
Offline
vipbetul
cox deyishiklik bas vere biler orqanlarda
6 aprel 2015 14:39
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Catwoman666
Klimaks zamani qadinda hem dde psixoloji deyisiklikler olur
6 aprel 2015 13:15
7
Viking
Offline
rəmsə
Piylənməyə meyilli qadın nə vaxt oldu piylənir,klimakssa filan baxmır:)
6 aprel 2015 13:08
6
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
tatyana
bilirem klimaks haqqinda,klimaks dovrumun catmasina hele cox var dusunurdum amma bu yazida cekinin artmasi sozu dusundurdu meni,tecili hekime gedim))
6 aprel 2015 11:30
5
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Online
aziz a
Buda qadinlarin daha bir cetinlik dovrudu......
6 aprel 2015 06:30
4
Rebbim kömek olsun cümlemize Amin
Offline
qanadli melek
Bu dovrde butun orqanizmada deyiwiklik olur
6 aprel 2015 04:33
3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Fialka
Faydalı məsləhətlərdi, klimaks dövrünü hərə bir cür keçirir daha çox orqanizmadan asılı olan bir şeydi...
6 aprel 2015 03:10
2
Offline
BARBI
Klimaks zamani qadinlarda hedden artiq piylenme hallari bas verir
6 aprel 2015 02:02
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv