Kolpit xəstəliyi

Müəllif: emis
Şərhlər: 4
Baxılıb: 6 245
Səs ver:
(səs: 4)
Kolpit (vaginit) ginekoloji xəstəliklərin arasında ən tez-tez təsadüf edilən xəstəliklərdən biridir. Kolpit uşaqlıq yolunun iltihabıdır.

Kolpit zamanı qadında uşaqlıq yolundan gələn ifrazatlar çoxalır, ifrazatlar iyli (bəzən "baliq iyi" verir - bu simptom trixomonada tərəfindən törədən kolpitə xasdır), sarı, yaşılımtıl və ya ağ, kəsmiyə bənzər olur. İfrazatlar tez-tez hallarda qaşınma ilə müşayiət olunur, bəzən xarici cinsiyyət üzvləri ödemləşir (şişir) və qızarır, cinsi əlaqə, sidik ifrazatı zamanı ağrılar olur, beldə və qarının aşağı hissəsində ağrılar ola bilər.

Xəstəliyin əlamətləri meydana çıxan kimi dərhal ginekoloqa müraciət etmək lazımdır. Qadınların bir hissəsi özlərində sadaladığımız simptomları aşkar etdikdə belə, həkimə müraciət etməyə tələsmir. Lakin bu xəstəlik heç də "yüngül" və "təhlükəsiz" deyil. Uzun müddət ərzində mövcud olan kolpit endometrit (uşaqlığın iltihabı), uşaqlıq boynunun eroziyası (uzun müddət ərzində mövcud olan eroziya isə xərçəng xəstəliyinə çevrilə bilər), servisit (uşaqlıq boynunun iltihabı), sonsuzluq və s. fəsadlara gətirib çıxara bilər.

Hamiləlik zamanı kolpit xüsusən təhlükəlidir və bu səbəbdən mütləq müalicə olunmalıdır.

Kolpitin inkişaf etməsinə səbəb olan amillər:

- yumurtalıqların funksiyasının zəifləməsi (misal üçün, klimaks zamanı);

- cinsiyyət sisteminin anomaliyaları (uşaqlıq yolunun divarlarının aşağı yenməsi, cinsiyyət üzvlərinin yerinin dəyişməsi və s.)

- gigiyena qaydalarına riayət etməməsi;

- uşaqlıq yolunun disbakteriozu;

- uşaqlıq yolunun travmaları (abort, düzgün olmayan yuyunma, doğuş travmaları və s.);

- allergik reaksiyalar (prezervativlərə, şamlara və s. vasitələrə qarşı);

- bəzi xəstəliklər (şəkərli diabet, yumurtalıqların xəstəlikləri və s.) və infeksiyalar (xlamidiya, trixomonada, mikoplazma, qonokokk və s.).

Kolpitin səbəbindən asılı olaraq müalicə zamanı antibakterial (antibiotiklər), göbələk əleyhinə, iltihab əleyhinə preparatlar istifadə olunur. Müalicəni həm qadın həm də onun həyat yoldaşı almalıdır. Bu çox vacibdir!

Kolpitin səbəbi menopauza zamanı qadın hormonlarının defisiti olarsa, bu zaman həkim tərkibində çatışmayan hormonlar olan preparatları təyin edə bilər.//saglamolun.az
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 6 245
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri