Qadınların 20 faizi bu xəstəlikdən əziyyət çəkir

Müəllif: Qlamurr
Şərhlər: 6
Baxılıb: 3 954
Səs ver:
(səs: 2)
Polikistoz yumurtalıqlar sindromu qadınlarda rast gəlinən problemlərdən biridir. Hər 5 qadından birində görünür. Buna görə qadınlar hər il bir dəfə ginekoloji müayinədən keçməlidir.

Qadın bədənindəki iki yumurtalıq birləşib menstruasiya zamanı döllənməyə uyğun olan yetkin bir yumurta formalaşdırır. Bu yumurta inkişafını "folikul” deyilən içi maye dolu bir kisə tamamlayır. Polikistoz yumurtalıq sindromunda isə bir çox yumurta birlikdə yetkinləşməyə çalışır, ancaq bacarmırlar. Ortada bir çox yumurta olsa da, bunların heç biri inkişaf edib döllənə bilmirlər. Yetkinləşməmiş yumurta da kisə "kista” formalaşdırır.

Uşaq sahibi olmaq üçün həkimə müraciət edən qadınların yüzdə 20-də yumurtlama problemi aşkar olunur. Bu problemin ən öndə gələn səbəbi isə polikistoz yumurtalıq sindromudur. Bir xanım nizamsız menstruasiya olursa, tüklənmədə artım varsa və çəkisi normadan çoxdursa,  bu haldan şübhələnib müayinə etdirmək lazımdır.

Polikistoz yumurtalıq sindromunun formalaşmasının səbəblərindən biri insulin artımı hesab olunur. Bu sindromdan əziyyət çəkənlərin əksəriyyəti kilolu olduğundan, artıq çəki də insulin müqaviməti yaradır və nəticədə bu sindromun formalaşmasına zəmin yaranır.

Müalicə zamanı bu insanların ideal çəkilərinə qayıtması üçün pəhriz saxlaması məsləhət görülür. Bəzən isə insulinə qarşı şəkər xəstələrinin istifadə etdiyi "metformin” dərmanı istifadə edilir. Bundan sonra da menstruasiya pozğunluğu davam edərsə, yumurtalığı xəbərdar edən dərmanlar, hormon iynələri istifadə edilir. 3-4 dəfə edilən iynə müalicəsinin xeyri yoxdursa, süni mayalanmaya müraciət etməlisiz.

Bəzən qadın normal çəkidə ola bilər, tüklənmə problemi olmaya bilər, ancaq müayinədə polikistoz diaqnozu  qoyulur. Bu halda 1 il qorunmadan cinsi yaxınlıq etdikdən sonra yenə də uşaq olmursa, həkimə müraciət edin.

Vaxtilə bu sindromdan əziyyət çəkən qadınlar uşaq sahibi olduqdan sonra da hər il müayinə olunmalı, dərmanlardan istifadə edərək menstruasiyanı təmin etməlidir. Hər il müalicə etmək, artıq kilonu əngəlləmək mütləqdir, çünki bu qadınların gələcəkdə şəkər xəstəsi olma ehtimalı da var.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 954
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri