Dartıcı alt paltarlarının daxili orqanlara təsiri...

Müəllif: Qlamurr
Şərhlər: 6
Baxılıb: 3 573
Səs ver:
(səs: 3)
Xanımlar bir çox hallarda  gözəllik naminə əziyyət çəkməli olurlar.

Bu misal, çoxlarının gündəlik istifadə etdiyi dartıcı kalqotlar və kompression alt paltarlarıdır ki, daxili orqanlar üçün çox ziyanlı sayılır. Bu məhsulların orqanizm üçün nə qədər ziyanlı olduğunu öyrənmək üçün , The Huffington Post nəşriyyatı, qastroenteroloq, dermotoloq və manual terapevtə müraciət edib. Nəticələr budur:

Strukturuna görə, bu kimi geyimlər bədənin kəskin dartınmasını təmin edirlər. Belə geyimləri istifadə etdikdə, mədə, bağırsaq, düz bağırsağın sıxılması baş verir. Bu isə orqanizm üçün təhlükəli nəticələnə  bilər. Mütəxəsisslər xəbərdarlıq edir ki, bu kimi sıxılmalar, turşu reflyüksu və qıcqırma, artıq müşahidə olunan sidik saxlaya bilməmə hallarının ağırlaşmasına  gətirə bilər.

Dartıcı paltarlar, bud ətrafında dartıcı rezin zolaq rolunu oynayır. Xanım oturaq vəziyyətdə olduqda, qan dövranında çətinliklər  əmələ gəlir ki, bu da trombların formalaşmasına səbəb ola bilər. Bədəni korreksiya edən bu paltarlar həmçinin nəmi udur,  bu isə göbələk və ya bakterial infeksiyalara səbəb olur. Həkimlər belə paltarları ümumiyətlə istifadə etməməyi, xüsusən də gündəlik istifadədən imtina etməyi tövsiyə edirlər.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 573
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri