Menstruasiya (Aybaşı)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 10 075
Səs ver:
(səs: 1)
Menstruasiya (aybaşı) nədir?
Aybaşı menstrual tsikl dövrüdür. Bu zaman qızın uşaqlıq yolundan qanlı ifrazat müşahidə olunur. Aybaşı zamanı ifraz olunan qan qatı və tünd rəngdədir, tərkibində laxtalar ola bilər. Bu, onunla bağlıdır ki, aybaşı zamanı uşaqlığın boşluğundan təkcə qan deyil, uşaqlığın daxili qatını endometriya adlanan sahələri də ifraz olunur.
Menstruasiya (aybaşı) zamanı qan haradan yaranır?
Aybaşı zamanı qan ifrazatları uşaqlığın daxili qatının qan damarlarının zədələnməsindən yaranır. Qadın hamilə deyildirsə, bu damarların dağılması uşaqlığın selikli qişasının məhv olması (endometriya) zamanı baş verir
Menstruasiya (aybaşı) neçə yaşda başlamalıdır?
Əksər qızlarda ilk aybaşı 11-12 yaşlarda başlayır. Çox vaxt (heç də həmişə yox) qızda ilk aybaşı anasında başladığı vaxtda başlayır. Buna görə də sizin ananızda ilk aybaşı gec (15-16 yaşda) başlamışdırsa, ondan sizdə də aybaşı bu yaşda başlayacaqdır. Buna baxmayaraq, ilk aybaşı anada olduğundan bir neçə il əvvəl və ya gec də başlaya bilir. Bu, tam normal haldır. Bəzi tədqiqatlar göstərir ki, qızlarda ilk aybaşı qız müəyyən çəkiyə (təxminən 47 kq) çatdıqda başlayır. Beləliklə, arıq qızlarda aybaşı orta hesabla kök qızlardan gec başlayır. Normada qızda aybaşı 9 yaşdan 15-16 yaş arası başlayır. Əgər sizdə aybaşı 9 yaşdan tez başlamışdırsa və ya sizin artıq 15-16 yaşınız var, amma aybaşı hələ də başlamayıbsa, onda ginekoloqa müraciət etməlisiniz. Siz xəstə olmaya da bilərsiniz, lakin hər şeyin qaydasında olduğuna əmin olmaq yaxşı olardı.
Menstruasiyanın (aybaşının) ilk simptomları necə olur?
İlk aybaşına bir neçə ay qalmış siz qarnınızın altında göynədən ağrı hiss edə, habelə uşaqlıq yolundan ağ və ya şəffaf ifrazatların gəldiyini görə bilərsiniz. Əgər siz alt paltarınızda hətta az miqdarda belə palıdı rəngdə ifrazat görürsünüssə, onda bu, sizin ilk menstruasiyanızdır. Çox vaxt ilk menstruasiya az miqdarda – cəmi bir neçə damcı olur.
Menstrual (aylıq) tsikl nədir və nə qədər davam edir?
Aylıq və ya menstrual tsikl bir menstruasiyanın birinci günündən növbəti menstruasiyanın birinci gününə qədər olan zaman parçasıdır. Müxtəlif qızlarda tsiklin müddəti müxtəlif olur. Normada menstrual tsiklin uzunluğu 21-35 gün təşkil etməlidir. Əksər qızlarda menstrual tsikl 28-30 gün davam edir. Bu, o deməkdir ki, aybaşı hər 28-30 gündən bir başlayır.
Mütəmadi menstrual tsikl nə deməkdir?
Menstrual tsiklin mütəmadiliyi o deməkdir ki, aybaşı hər dəfə müəyyən sayda gün keçdikdən sonra başlayır. Menstrual tsiklin mütəmadiliyi sizin yumurtalıqlarınızın düzgün fəaliyyət göstərməsindən xəbər verir. Aybaşı başladıqdan sonra ilk vaxtlar o, mütəmadi olmaya, gecikə və ya ayda bir neçə dəfə ola bilir. Bu, normaldır və tezliklə sizin menstrual tsikliniz özü özünü tənzimləyəcəkdir. Adətən ilk aybaşı başladıqdan bir il sonra menstrual tsikl mütəmadi hala çevrilir.
Menstrual tsiklin mütəmadiliyini necə müəyyən etməli?
Bunun üçün siz təqvimdən istifadə edə bilərsiniz. Bu təqvimdə siz hər dəfə menstruasiyanın (aybaşının) birinci gününü qeyd edəcəksiniz. Əgər sizin təqviminizdə uyğun olaraq aybaşı hər dəfə eyni vaxtda və ya müəyyən müddətdən sonra başlayırsa, onda, deməli, sizin aybaşınız mütəmadidir.
Menstruasiya (aybaşı) neçə gün davam etməlidir?
Aybaşının davamlılığı qızlarda müxtəlif ola bilir. Normada aybaşı 3 gündən 7 günədək davam etməlidir. Əgər aybaşı 3 gündən az və ya 7 gündən çox davam edirsə, onda ginekoloqa müraciət etməlisiniz.
Menstruasiya (aybaşı) zamanı nə qədər qan ifraz olunmalıdır?
Sizə elə gələ bilər ki, aybaşı zamanı sizdə çox qan ifraz olunur. Lakin bu, belə deyil. Adətən aybaşının 3-5 günü ərzində qadın 80 ml-dan çox qan itirmir (bu, təxminən 4 xörək qaşığı qədərdir). Sizdə nə qədər qanın ifraz olunduğunu bilmək istəyirsinizsə, bezlərə fikir ver. Bezlər onların hopdura bildikləri qanın miqdarına görə fərqlənir. 4-5 damcılıq bez orta hesabla 20-25 ml-ə qədər qan hopdura bilir (bu zaman o, bərabər şəkildə qanla dolmuş olur). Əgər aybaşının bir günü ərzində siz hər 2-3 saatdan bir bezləri dəyişməli olursunuzsa, onda bu, sizdə çoxlu qanın ifraz olmasından xəbər verir və siz ginekoloqla məsləhətləşməlisiniz.
Bez yoxsa tamponlar ?
Əksər qadınlar menstruasiya (aybaşı) zamanıbezlərdən istifadəyə üstünlük verirlər. Bizim saytımızda hansı bezlərin məsləhət bilindiyi, onlardan necə istifadə etməli və hansı tezliklə onları dəyişməli olduğunuz haqqında ayrıca məqalə var. Bezlər və gündəliklər: istifadə qaydaları
Əgər siz hovuza getməyi planlaşdırmısansa, onda müvəqqəti olaraq tampondan istifadə edə bilərsiniz. Bu barədə oxu: "Tampondan necə istifadə etməli?”
Hələ geniş yayılmamış üçüncü variant da var ki, bu da menstrual qablardır (kaplar). Bu, çoxlu sayda istifadə üçün nəzərdə tutulan və menstruasiya (aybaşı) zamanı axmadan və xoşagəlməz qoxudan etibarlı müdafiə edən bir məhsuldur.
Menstruasiya (aybaşı) – bu, ağrılıdırmı?
Menstruasiya başlamazdan bir neçə gün əvvəl və menstruasiyanın ilk günlərində siz qarnınızın alt hissəsində göynədici ağrı hiss edə bilərsiniz. Bu, normal hadisədir. Əgər qarnınızda ağrı güclüdürsə, onda siz ağrıkəsici qəbul edə  bilərsiniz. Menstruasiya (aybaşı) zamanı qarnınızda tez-tez və güclü ağrı olduqda, ginekoloqa müraciət etməyiniz məsləhətdir. Sizə müalicə kursu tələb oluna bilər.
Menstruasiya (aybaşı) zamanı idmanla məşğul olmaq olarmı?
Qarnınızda ağrılar hiss etmirsinizsə və ifrazatlar çox deyilsə, aybaşı zamanı idmanla məşğul olmaq olar. İdmanla məşğul olarkən ayağınızın başınızdan yuxarı olacağı tapşırıqlardan uzaq olun (məsələn, turnikdə başı aşağı sallanmaq, diyirlənmək olmaz).
Menstruasiya (aybaşı) zamanı vanna qəbul etmək və ya hovuza getmək olarmı?
Olar. Menstruasiya (aybaşı) zamanı isti vanna qarında ağrını azalda və vəziyyətinizi yaxşılaşdıra bilər. Hovuzda üzərkən su uşaqlıq yoluna nə aybaşı zamanı, nə də tsiklin digər günlərində düşə bilməz. İfrazatlar çox deyilsə və tampondan istifadə edirsinizsə, hovuza gedə bilərsiniz. Lakin hovuzda çox ləngiməməlisiniz, üzdükdən dərhal sonra isə tamponu dəyişməlisiniz və ya onu bezlə əvəz etməlisiniz.
Menstruasiya (aybaşı) zamanı hamama və ya saunaya getmək olarmı?
Yox, bu, arzuolunmazdır, çünki ərtafdakı havanın yüksək hərarəti qanaxmanı gücləndirə bilər.
Menstruasiya (aybaşı) zamanı solyariumda qaralmaq olarmı?
Yox, bu, arzuolunmazdır, çünki menstruasiya zamanı qadın orqanizmi ultrabənövşəyi dalğalara daha həssas olur. Menstruasiya (aybaşı) zamanı gündə və ya solyariumda qaralma qanaxmanı gücləndirə və ya başqa arzuolunmaz simptomların (baş ağrısı, zəiflik, baş gicəllənmə və s.) yaranmasına səbəb ola bilər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 10 075
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri