Qadınlarda qonoreya: simptomları, müalicəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 749
Səs ver:
(səs: 0)
Qonoreya nədir və insan ona necə yoluxur?
Qonoreya ən geniş yayılmış və qadınlarda sonsuzluğa gətirib çıxaran veneroloji xəstəliklərdən biridir. Rast gəlmə tezliyinə görə qonoreya xlamidiozdan sonra ikinci yeri tutur. Çox vaxt bu iki xəstəlik eyni vaxtda aşkar edilir. Qonoreyanın törəyidicisi qonokokk və ya Neisseria gonorrhoeaе (N.gonorrhoeaе, neysseriya) bakteriyasıdır. Qonoreyaya yoluxma qonoreya xəstəliyi olan kişi ilə müdafiə olunmamış seks məşğul olan zaman baş verir. Qonoreyanın törəyidicisi xəstə insandan sağlam insana oral, vaginal və anal seksi zamanı keçə bilir. Hamilə qadın doğuş zamanı qonoreyanı uşağa ötürə bilər. Qonoreyanın məişət yolu ilə (yoluxmuş insanla birgə unitaz, yataq, dəsma llə ya alt paltarından istifadə etdikdə) ötürülməsi nəzəri cəhətdən mümkün olsa da, rəsmi qeydə alınmamışdır.
Qonoreyaya kim yoluxa bilər?
Prezervativsiz sekslə məşğul olduğunuz bir neçə cinsi partnyorunuz varsa (cinsi partnyorunuz nə qədər çox olsa, qonoreyaya yoluxmaq riski də bir o qədər yüksək olar);
Cinsi həyata erkən vaxtlarda başlamışsınızsa (qızlıqdan 19 yaşından tez məhrum olmuş qızlarda qonoreyaya yoluxmaq riski yüksək olur);
Əvvəllər Sizdə qonoreya və ya cinsi yolla ötürülən digər xəstəliklər olmuşdursa;
Qonoreyaya yoluxmuş kişi ilə müdafiə olunmamış sekslə məşğul olmuşdursunuzsa (xəstəliyə yoluxmuş kişi ilə bir dəfə cinsi əlaqədə olmaqla qonoreyaya yoluxmaq riskini yoluxmaq riskini 50-70 % artırmış olursunuz), Sizdə qonoreyaya yoluxmaq riski daha yüksəkdir.
Qadınlarda qonoreyanın simptomları
Qadınlarda qonoreya uşaqlıq boynu kanalının iltihabına (qonoreya endoserivisiti), uretranın iltihabına (qonoreya uretriti), düz bağırsağın iltihabına (qonoreya proktiti), uşaqlıq yolunun iltihabına (qonoreya kolpiti) və digər orqanların iltihabına səbəb ola bilir. Qadınlarda inkubasiya dövrü 2-7 gün təşkil edir. Bu, o deməkdir ki, qonoreyanın ilk siptomları yoluxmadan sonra artıq birinci həftədə özünü büruzə verə bilər.
Qonoreyanın ilk əlamətlərinə aşağıdakılar aiddir:
Sidik ifrazı zamanı ağrı və yanğı hissi
Uşaqlıq yolundan sarı, yaşıl və ya şəffaf rəngli ifrazatlar
Seks zamanı ağrılar
Uşaqlıq yolundan seks zamanı və seksdən sonra səbəbsiz olaraq qanlı (çəhrayı, palıdı) ifrazatlar
Qarnın alt hissəsində ağrılar
Bəzən qadınlarda qonoreya simptomsuz ötüşür və ya xəstəliyin əlamətləri o qədər də ifadəli olmur və gözə çarpmır. Qonoreya uşaqlıq yolundan və uşaqlıq boynu kanalından yuxarıya doğru qalxa və uşaqlığın və uşaqlıq artımının iltihabına səbəb ola bilər.
Bu zaman aşağıdakı simptomlar meydana gələ bilir:
Qarnın alt hissəsində mərkəzi nayihədə və yanlarda ağrılar
Bədənin hərarətinin yüksəlməsi
Başağrısı, ürək bulanma, qusma.
Qadınlarda qonoreyanın nəticələri
Qadınlarda qonoreya aşağıdakı fəsadlara gətirib çıxara bilər:

Keçirilmiş qonoreya xəstəliyinin ən geniş yayılmış fəsadlarından biri sonsuzluqdur. Qonoreyadan sonra sonsuzluq infeksiya uşaqlıq borularının iltihabına (salpingit) səbəb olduqda, yarana bilir.
Uşaqlıqdan kənar hamiləlik. Infeksiya uşaqlıq borularının iltihabına səbəb olduqda, qonoreyadan sonra uşaqlıqdan kənar hamiləlik riski 7-10 dəfə artır.
Oynaqların iltihabı
Hamiləlik dövründə qonoreya inkişafdan qalmiş (donmuş) hamiləliyə və və uşaq salmaya, vaxtından əvvəl doğuşa, uşağın doğuş vaxtı yoluxmasına səbəb ola bilir.
Qonoreyaya görə analizləri kim verməlidir?
Qonoreyaya və cinsi yolla ötürülən digər infeksiyalara görə analizləri qonoreyaya yoluxmaq riski yüksək olan bütün qadınlar verməlidirlər (bax yuxarıda: Qonoreyaya kim yoluxa bilər?)
Qadınlarda qonoreyanın diaqnostikası
Qonoreyaya yoluxduğunuzu düşünürsünüzsə və ya Sizdə bu xəstəliyin əlamətləri meydana gəlmişdirsə, ginekoloqa müraciət edin. Ginekoloq Sizə aşağıdakı analizləri təyin edər:
Qonoreyaya görə yaxma
Qonoreyaya görə yaxma bu xəstəliyin ən asan və ucuz diaqnostika metodudur. Bu cür yaxmanı hər qadın məsləhətxanasında vermək mümkündür. Qonoreya zamanı floraya görə yaxmada leykositlərin, epiteliyin miqdarının artması qeydə alınır, habelə qonoreyanın törədicisi (sinonimlər: qonokokk, qram-mənfi diplokokklar N.gonorrhoeae və ya gn) müəyyən edilir.
Qonokokka görə əkmə
Qonoreyaya görə əkmənin köməyi ilə təkcə diaqnoz dəqqiləşdirilmir, həm də xəstəliyin müalicəsində hansı antibiotiklərin daha səmərəli olduğu müəyyən edilir.
Qonokokkun DNT-nin müəyyən edilməsi (qonoreyaya görə PZR)
Bu, qonoreyaya görə ən həssas analizdir, lakin bu analiz heç də hər laboratoriyada aparılmır və sadalanan bütün diaqnostika metodlarında ən bahalısıdır. Nəticələr "aşkar edilmişdir” və "aşkar edilməmişdir” terminləri ilə ifadə olunur. Araşdırılan materialda qonokkokun DNT-nin aşkar edilməsi qonoreya diaqnozunu təsdiqləyir.
Sizdə qonoreya aşkar edildikdə, nə etməlisiniz?
Birinci növbədə həyəcanlanmayın, çünki müasir müalicə metodları qonoreyanı praktiki olaraq 100% hallarda müalicə etmək imkanı verir. Ginekoloqa müraciət edin və onun bütün tövsiyələrinə əməl edin. Qonoreyanı ev şəraitində müalicə etməyə cəhd göstərməyin, çünki bu, ağır nəticələrə, o cümlədən sonsuzluğa və hətta ölümə gətirib çıxara bilər. Qonoreya çox vaxt digər veneroloji xəstəliklərlə (xlamidioz, trixomoniaz və s.) müşayiət olunduğundan, ginekoloqlar bütün bu infeksiyalara görə müayinədən keçməyi məsləhət görürlər. Özünüzdə qonoreya xəstəliyinin aşkar edilməsi barədə seksual partnyorunuza mütləq bildirin. Son 3 ayda bir neçə seksual partnyorunuz olmuşdursa, onda onların hamısı ilə əlaqə saxlayın. Əvvəlki partnyorlarınızla ünsiyyətdə olmaq, xüsusən də onlara bu kimi xəbərləri vermək xoşagəlməz bir şeydir, lakin bu yolla Siz bir çox insanları bu xəstəlikdən və onun təhlükəli nəticələrindən müdafiə etmiş olarsınız.
Qadınlarda qonoreyanın müalicəsi
Qonoreyanın müalicəsində inyeksiya və tablet formasında antibiotiklərdən istifadə olunur. Qonoreyanın müalicəsinə başlamazdan öncə hamilə olmadığınıza əmin olun, bunun üçün hamiləliyə görə test edin.Qonoreyanın müalicəsində istifadə olunan bəzi preparatlara hamiləlik dövründə əks göstəriş var. Müalicənin sxemi, dozası və müddəti infeksiyanın nə dərəcədə geniş yayılmasından asılıdır. Özünümüalicə ilə məşəul olmayın və müalicə həkiminin bütün tövsiyələrinə əməl edin!
Cinsi partnyor müalicə almalıdırmı?
Cinsi partnyorunuz uroloqa müraciət etməli və qonoreyaya görə yaxma verməlidir. Müayinənin nəticələrinə görə həkim ona müalicə yazacaqdır.
Qonoreyanın müalicəsi zamanı cinsi əlaqədə olmaq olarmı?
Ginekoloqlar qonoreyanın müalicəsi dövründə və müalicə başa çatdıqdan sonra daha 7 gün seksdən uzaq olmağı məsləhət görürlər. Bu, mümkün olmadıqda, prezervativlərdən istifadə edin.
Müalicənin kömək etdiyini necə təyin etməli?
Qonoreyanın müalicəsinin səmərəli olub-olmadığına və sağalmanın başladığına əmin olmaq üçün mütəxəssislər müalicə başa çatdıqdan 8-10 gün sonra qonokokka görə təkrar analiz verməyi məsləhət görürlər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 749
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri