Qadınlarda xlamidioz: simptomları və müalicəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 879
Səs ver:
(səs: 1)
Xlamidioz nədir və insan ona necə yoluxur?
Xlamidioz ən geniş yayılmış və qadınlarda sonsuzluğun ən çox rast gəlinən səbəblərindən biri olan veneroloji xəstəlikdir. Bu xəstəlik illərlə simptomsuz keçə bilir. Xlamidiozun törədicisi Chlamydia trachomatis (C.trachomatis) bakteriyasıdır. Xəstəliyə müdafiə olunmamış (prezervativdən istifadə etmədən) seks zamanı yoluxmaq olar. Xlamidioz oral, vaginal və anal seks zamanı da keçə bilər. Hamilə qadınlar doğuş zamanı bu xəstəliyi uşağa da ötürə bilir. Xlamidiozun məişət yolu ilə (yoluxmuş insanla birgə unitaz, yataq, dəsmal və ya alt paltarından istifadə etdikdə) ötürülməsi riski mövcud olsa da, rəsmi sübuta yetirilməmişdir.
 
Xlamidioza yoluxma riski kimdə daha yüksəkdir?
Prezervativsiz sekslə məşğul olduğunuz bir neçə cinsi partnyorunuz varsa (cinsi partnyorunuz nə qədər çox olsa, xlamidioz riski də bir o qədər yüksək olar):
Cinsi həyata erkən vaxtlarda başlamışsınızsa (qızlıqdan 19 yaşından tez məhrum olmuş qızlarda xlamidioz riski yüksək olur);
Əvvəllər Sizdə xlamidioz və ya cinsi yolla ötürülən digər xəstəlikıər (qonoreya, trixomoniaz və s.) olmuşdursa;
Xlamidioza yoluxmuş kişi ilə müdafiə olunmamış sekslə məşğul olmuşdursunuzsa (xəstəliyə yoluxmuş kişi ilə bir dəfə cinsi əlaqə zamanı xlamidioza yoluxmaq riski 25% təşkil edir), Sizdə xlamidioza yoluxmaq riski daha yüksəkdir.
Qadınlarda xlamidiozun simptomları
Xlamidioz qadınlarda nadir hallarda hansısa simptomları yaradır. Statistikaya görə, yoluxmuş qadınların 80% -də bu xəstəlik simptomsuz cərəyan edir və tədricən, özünü büruzə vermədən, ağırlaşmalara gətirib çıxarır. Simptomlar yarandıqda (10 qadından təxminən 2-də belə ola bilir), xlamidiozun aşağıdakı əlamətləri qeydə alınır:
Uşaqlıq yolundan xoşagəlməz qoxulu ifrazatlar. Xlamidioz xəstəliyində ifrazatlar sarı, yaşıl və ya şəffaf rəngdə ola bilir.
Sidik ifrazı zamanı ağrılar
Seksdən sonra və ya səbəbsiz olaraq uşaqlıq yolundan qanlı (çəhrayı və ya palıdı rəngli) ifrazatlar
Bədənin hərarətinin yüksəlməsi
Qarnın aşağı hissəsində, mərkəzi nayihədə və yanlarda ağrılar
Qadınlarda xlamidiozun ilk simptomları yoluxmadan bir həftə sonra artıq yarana bilir.
Qadınlarda xlamidioz hansı fəsadlara səbəb ola bilir?
Vaxtında aşkar edilməyən və müalicə olunmayan xlamidioz aşağıdakı nəticələrə gətirib çıxara bilər:
Sonsuzluq
Uşaqlıqdan kənar hamiləlik
Inkişafdan qalmış (donmuş) hamiləlik
Kiçik çanaq orqanlarının iltihabı (xroniki endometrit, salpingit və s.)
Uşaqlıq boynunun xərçəngi
Oynaqların iltihabı
Hamiləlik dövründə xlamidioz uşaq salmaya, erkən doğuşa və körpənin ağ ciyər iltihabına səbəb ola bilər.
Xlamidioza görə analizləri kim verməlidir?
Sizdə yuxarıda göstərilən xlamidioz riski amillərindən ən azı biri vardırsa, onda Siz bu xəstəliyə və cinsi yolla ötürülən digər xəstəliklərə görə müayinə olunmalısınız.
Qadınlarda xlamidiozun diaqnostikası
Xlamidioz əlamətləri yarandıqda, ginekoloqa müraciət edin. Ginekoloq Sizə lazımi müayinə təyin edər. Müasir təbabətdə ən geniş tətbiq olunan xlamidioz analizlərinə nəzər salaq.
Xlamidiyalara görə PZR (xlamidiyanın DNT-nin təyin edilməsi)
Bu, xlamidiozun diqanostikasının daha mükəmməl metodudur və ondan müasir təbabətdə geniş istifadə olunur. Analizin nəticələri "aşkar edilmişdir” və "aşkar edilməmişdir” terminləri ilə ifadə olunur. Araşdırılan materialda xlamidiya DNT-nin aşkar edilməsi xlamidioza işarə edir.
Sizdə xlamidioz aşkar edilmişdirsə, nə etməlisiniz?
Xlamidioz təhlükəli xəstəlikdir, çünki simptomsuz olsa da, bununla belə ciddi nəticələrə səbəb ola bilir. Xəstəliyin simptomları Sizdə yoxdursa, amma analizlər xlamidiozun olduğunu göstərirsə, onda həkimə müraciət etməli və müalicə kursu almalısınız. Xlamidioz çox vaxt cinsi yolla ötürülən digər veneroloji xəstəliklərlə müşayiət olunduğundan, həkimlər qonoreyaya, trixomoniaza və digər veneroloji xəstəliklərə görə müayinədən keçməyi məsləhət görürlər. Özünüzdə xlamidioz xəstəliyinin aşkar edilməsi barədə seksual partnyorunuza mütləq bildirin. Əgər son 3-6 ayda sekslə məşğul olmamışdırsınızsa, onda sonuncu dəfə əlaqədə olduğunuz partnyorunuzla əlaqə saxlayın. Əvvəlki partnyorlarınızla ünsiyyətdə olmaq, xüsusən də onlara bu kimi xəbərləri vermək xoşagəlməz bir şeydir, lakin bu yolla Siz bir çox insanları bu xəstəlikdən və onun təhlükəli nəticələrindən müdafiə etmiş olarsınız.
Qadınlarda xlamidiozun müalicəsi
Xlamidiozun müalicəsində antibiotiklərdən istifadə olunur. Xlamidiozun müalicəsinə başlamazdan öncə hamilə olmadığınıza əmin olun, bunun üçün hamiləliyə görə test edin.  Xlamidiozun müalicəsində istifadə olunan bəzi preparatlara hamiləlik dövründə əks göstəriş var. Xlamidiozun düzgün tərtib edilmiş müalicə sxemi 95% hallarda xəstəliyin sagalmasina imkanı verir. Dərmanların seçimi, dozası və müalicənin müddəti xəstəliyin xüsusiyyətlərindən asılıdır və fərdi qaydada müalicə həkimi tərəfindən seçilir. Özünü müalicə ilə məşğul olmayın, çünki bu, ağır nəticələrə səbəb ola bilər.
Cinsi partnyor müalicə almalıdırmı?
Sizdə xlamidioz aşkar edilmişdirsə, seksual partnyorunuza bu barədə mütləq xəbər verin. O, uroloqa müraciət etməli və veneroloji xəstəliklərə görə analizlər verməlidir. Partnyorunuzda xlamidiya aşkar edilməsə belə, o, yenə də müalicə kursu almalıdır.
Xlamidiozun müalicəsi zamanı cinsi əlaqədə olmaq olarmı?
Ginekoloqlar xlamidiozun müalicəsi dövründə və müalicə başa çatdıqdan sonra daha 7 gün ərzində seksdən uzaq olmağı məsləhət görürlər. Bu, mümkün olmadıqda, prezervativlərdən istifadə edin.
Müalicənin kömək etdiyini necə təyin etməli?
Xlamidiozun müalicəsinin səmərəli olub-olmadığına və sağalmanın başladığına əmin olmaq üçün ginekoloqlar müalicə başa çatdıqdan sonra xlamidioza görə təkrar analizlər verməyi tövsiyə edirlər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 879
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri