Menstruasiya dövründə dənizə girmək olarmı?

Müəllif: emis
Şərhlər: 2
Baxılıb: 3 138
Səs ver:
(səs: 1)
Qadınları yay aylarında ən çox maraqlandıran məsələlərdən biri də menstruasiya dövrünə təsadüf edən tətil planlarında nə edəcəkləri ilə bağlıdır.

Bəs bu dövrdə dənizə girmək olarmı?

Menstruasiya dövründə dənizə girməyin düzgün olmadığı haqqında yayılmış fikrin əslində hər hansı tibbi əsası yoxdur. Menstruasiyanın ilk 1-2 günündə qanamanın çox olması halında rahat oluna bilinməyəcəyi üçün dənizə girilməyə bilər, amma bunun sağlamlıqla bağlı hər hansı problem yaradacağından söhbət gedə bilməz.

Menstruasiya dövründə bezlərdən istifadə narahatlıq verəcəyi üçün dənizə tampundan istifadə edərək girilə biləcəyi qeyd edilir. Ancaq tampunla dənizı girdikdə normal halda 4-6 saatdan bir dəyişdirilən tampunun daha tez-tez dəyişdirilməsi məsləhət görülür.

Vaginal mikrobların törəməsinin qarşısının alınması üçün dənizdən çıxdıqdan sonra günəşlənərkən yeni tampunun qoyulması məqsədəuyğundur. Bu sayədə infeksiya riskinin də qarşısı alınmış olur.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 138
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri