Yalnız qadınlar oxusun!

Müəllif: Catwoman666
Şərhlər:
Baxılıb: 2217
Paylaş:
Səs ver:
(səs: 3)
Çox axıntısı olan və alt paltarı tez-tez islanıb, bulaşan qadınlar üçün gündəlik bezlər ən asan çıxış yoludur. Ancaq bu bezlər düzgün istifadə edilmədiyi təqdirdə göbələk infeksiyasına yol aça bilər. Gündəlik bez istifadə edən qadınlar nələrə diqqət etməlidir?
 
İstifadə edilən gündəlik bezlər 1-2 saatdan bir dəyişdirilməlidir. Qadınlar çox ətirli bezlərə üstünlük verirlər, ancaq bu qoxulu gündəlik bezlərdən istifadə etmək olmaz. Həssas cildi olan qadınların gündəlik bez istifadə etməsi məsləhət deyil. Gündəlik bez istifadə edən zaman sürtünmə və nəmlik olduğu üçün mikroblar tez hopur, bu da göbələk infeksiyasına yol aça bilir. Buna görə mütəxəssislər gündəlik bez istifadəsinə elə də müsbət yanaşmır və imkan olduqca bez istifadə etmək yerinə, tez-tez alt paltarını dəyişməyi məsləhət görürlər. Bez istifadə ediləcəksə də, sağlam bezlər istifadə edilməli və tez-tez dəyişdirilməsi lazımdır.
 
Bez alarkən qutusunun üzərində "100 % orqanik pambıq" yazısının olduğuna diqqət edin və tərkibində neylon miqdarı az olan bezlərin daha zərərsiz olduğunu unutmayın. Neylon səviyyəsi artdıqca infeksiya riski də artır. Neylonu çox olan bezlər yeriyərkən xışıldayar. Ona görə neylon səviyyəsi az, tam pambıqdan olan və çox ətirli olmayan bezlərdən istifadə edin.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 2217
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv