"Özümü çox çirkin hiss edirəm"...

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 3 837
Səs ver:
(səs: 1)
Bir çox qadın hər ay buna oxşar düşüncələrlə ürək sıxıntısı yaşayır.

Həddindən artıq həssaslıq və ağlama krizləri ilə keçən menstruasiya dövrü bəzən depressiyaya da səbəb ola bilir.

Memorial Xidmət Xəstəxanası Psixologiya bölməsindən dr. Sevda S.Yurteseven menstruasiya dövrünü psixoloji olaraq sağlam keçirməyin yolları haqqında danışıb:

"Əsasən menstruasiya dövrünün əvvəlində ortaya çıxan emosional, fiziki və davranış dəyişikliklərinə menstruasiya əvvəli disforik pozğunluq deyilir. Bu dövrdə qarında ağrı, yuxusuzluq və həddindən artıq yuxululuq, iştah artımı, baş gicəllənməsi, titrətmə, tərləmə, ürək döyüntüsü, mədə-bağırsaq pozğunluqları, əzələ ağrıları, cinsi istəksizlik, şişkinlik, migren sancıları, döşlərdə həssaslıq, halsızlıq kimi bir çox fiziki dəyişikliklər müşahidə olunur.

Menstrual dövrü xəstəlik olaraq görməyin
Ağrılı menstruasiya əsasən gənc qızlarda tez-tez müşahidə olunur. Xüsusilə cinsi orientasiyanın tam inkişaf etməməsi, cinsəllikdən qorxmaq, bədən bütünlüyünə qarşı təhlükə olması hissinə gənc qızlarda rastlana bilir. Cinsi yöndən təzyiq altında olan cəmiyyətlərdə menstruasiyanın "pis”, "xəstəlik” kimi adlandırılması da gənc qızlarda çaşqınlıq yaradır.

Həssas olduğunuzu yaxın ətrafınızla paylaşın
Qadınların 90 faizində menstruasiyadan əvvəl və sonra əsəbilik, narahatlıq hissləri olduqca yüksək olur. Normal zamanlarda daha sakit reaksiya verə biləcəkləri hallar menstrual dövrdə bəzən qıcıqlandırıcı ola bilir. Bu dövrü ağır keçirənlər bu barədə yaxın ətrafına məlumat verə bilər. Bunun bir sindrom olduğu və özünə qarşı daha anlayışlı davranmaları ilə bağlı ətrafını xəbərdar edə ilə bilər. Xüsusilə iqtisadi və sosial mənada sərbəst olan qadınların bu dövrdə daha çox psixoloji problemlər yaşadığı və bunun da fiziki problemlərə gətirib çıxardığı müşahidə edilir. Var olan psixoloji problemlər bu dövrdə şiddətlənə bilir. Hətta depressiyada olan bir insan bu dövrdə depressiv hisslərin artması ilə intihara da cəhd edə bilər.

Makiyaj edin və saç ustasına gedin
Menstrual dövrdə bir çox qadın özünü çirkin hiss edir. Saçların şəkilə düşməməsi, üzdəki civzələr, şişkinlik və kilo artımı ilə yanaşı menstrual sancılar da həyatı çəkilməz hala gətirir. Ancaq bu dövrdə güzgülərdən küsmək yerinə yüngül makiyaj etmək, saç ustasına getmək və ya özünüzə zaman ayırmaq yaxşı təsir göstərəcək.

Açıq havada gəzin
Stress yaradacaq mühitdən uzaq durmaq, müxtəlif məşqlər və rahatlama hərəkətləri etmək bu dövrdə yardımçı ola bilər. Rahat geyimlər və musiqi dinləyərək açıq havada gəzmək də bu qəbildəndir.  Nəfəs məqşləri və meditasiya da tövsiyə edilir.

Dostlarınızla vaxt keçirin. Bu dövrdəki mənfi psixologiya qadınların özlərini yalnız hiss etmələrinə səbəb ola bilir. Buna görə də dostlarla görüşlər, birlikdə kinoya getmək və ya bəyəndiyiniz məşğuliyyətlər psixologiyanıza müsbət təsir göstərəcəkdir.

Terapiya variantları:
Fiziki müqavimətimiz azaldıqda necə xəstəliklərə daha meyilli hala gəliriksə, emosional müqavimətimizin azaldığı dövrlərdə də (məsələn, menstrusiya dövrü) narahatlıq hissləri artır və bəzi psixoloji sıxıntılar ortaya çıxır. Menstruasiya dövrünü problemli yaşayan qadınların terapiyaya müraciət etməsi onlara bu dövrü daha keçirməyə, həll edilməmiş problemlərinə nəzər yetirmələrinə, stresslə mübarizə üsullarını öyrənə bilmələrinə yardımçı olar.

Antidepressantdan istifadə
Aparılan bir araşdırmada menstrual dövrdən əvvəl mənfi psixoloji əlamətlərin daha çox ortaya çıxdığı və bunların şiddətinin menstruasiyadan sonrakı zamana nisbətən daha yüksək olduğu müəyyən olunub. Bu dövrdən əvvəl istifadə edilməyə başlanan antidepressantlar bu müddətdə müsbət təsir göstərə bilir.

Emosional və davranış dəyişiklikləri:
- Gərginlik
- Narahatlıq
- Qəzəblilik
- Depressiv hisslər
- Ağlama
- Özünü bəyənməmə
- Səbirsizlik
- Küsəyənlik
- Özünəqapanma
- Diqqətsizlik
- Unutqanlıq
- Əsəbilik
- Dözümsüzlük

Bu əlamətlərdən bir çoxu qadının menstrual dövründə müşahidə edilə bilir. Bu pozğunluqlar insanın həyatına çox təsir etmirsə, müalicəyə ehtiyac olmur. Ancaq bir il boyu bu əlamətlərdən ən az 5 dənəsi eyni vaxtda özünü büruzə verirsə, insanın şəxsi və iş həyatına, iş qabiliyyətinə mənfi təsir edirsə, bu halda mütəxəssisə müraciət edərək yardım almaq məsləhət görülür.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 837
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri