Ağrılı menstruasiyanı azaldacaq məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 043
Səs ver:
(səs: 0)
Ağrılı menstruasiya 20 yaşından kiçik hər 100 qadından 75-də görülür. Menstruasiya zamanı hormonal dəyişikliklərlə bağlı olaraq yaşanan əsəb, çox həssaslıq kimi duyğusal hallara bir də ağrılar da əlavə olunur. Bu da qadının həyat keyfiyyətini aşağı salır.
Qadınların ən sancılı dövrlərindən olan ağrılı menstruasiya bir çox qadının ortaq problemidir. Qarnın alt qismində qıcolma hissi ilə birlikdə başlayan ağrılı aybaşı baş ağrısı, ürək döyüntüsü, mədə bulantısı, qusma və ishal kimi əlamətlərlə özünü göstərir.
Ağrılı menstruasiyanın iki tipi var. Birinci tip ilk aybaşı ilə başlayır, ikinci tip menstruasiyada ağrı bir neçə gün sonra ortaya çıxır və bu dəfə altda yatan başqa problemlər diqqətdə saxlanmalıdır.
Ağrılı menstruasiya genetik də hesab olunur. Qadının anası, ya bacısında ağrılı aybaşı yaşanıbsa, bu, digər bacıda risk artıran amildir.
Birinci tip ağrı qarnın alt qismində aybaşı ilə birlikdə başlayır. Bu zaman ağrı daha kəskin olur, arxa tərəf və ayaqlara da vurur. 12-72 saat içində azalır.
Bu aybaşı ağrıları zamanı ağrıkəsici istifadə etmək olar. Ancaq istifadə edərkən diqqətli olmaq lazımdır. Xroniki xora, bağırsaq xəstəlikləri, xroniki böyrək xəstəlikləri olanlar istifadə etməməlidir.
 
Birinci tip ağrılı aybaşı zamanı doğum həblərindən də istifadə edilə bilər.
Bir digər seçim isə hormonlu spiral hesab olunur. Az yağlı vegetarian pəhrizi də menstruasiya ağrısını azaldır. Vitamin E və idmanın faydalarını da görən az deyil .
 
İkinci tip ağrılı menstruasiya zamanı isə sonradan ortaya çıxan ağrının əsl səbəbi aşkarlanmalıdır. Bu səbəblər uşaqlıq ağzındakı darlıq, uşaqlıq içi toxumanın fərqli vəziyyətdə olması, qarın içi infeksiya, qarın içində orqanların normadan çox qanaması hesab edilir.
Uşaqlıq ağzı çox dar olduğunda menstruasiya zamanı qan rahat axa bilmir, borulardan geriyə qan axını olur.
 
 
Menstruasiya ağrılarını azaltmaq üçün:
 
 
Aybaşıdan bir gün əvvəl ağrıkəsici istifadə edə bilərsiz
 
Yüngül qidalarla qidalanın
 
Ayaqlarınızı isti saxlayın, ilıq duş qəbul edin
 
Yüngül idman hərəkətləri edin
 
Stress və siqaretdən uzaq durun
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 043
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri