Aybaşının gecikmə səbəbləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 974
Səs ver:
(səs: 1)
Aybaşı gecikmələrinin əsas səbəbləri
Əgər "təqvimdəki qırmızı ilə qeyd etdiyimiz" günlər vaxtında yetişmirsə, onda ağlımıza gələn ilk fikir-hamiləlikdir. Amma aybaşı gecikmələrinin səbəbləri müxtəlifdir. 5 günə kimi gecikmələr narahatlıq yaratmamalıdır, çünki bu  hər qadın üçün təbii  haldır. Əgər aybaşı gecikmələri daha çox davam edirsə, bu  hər hansı bir prossesin işarəsidir.
Aybaşı dövrü təkcə cinsi orqanlarla (uşaqlıq və yumurtalıqlar) deyil, endokrinoloji və əsəb sistemi ilə, daha dəqiq desək-daxili sekresiyaların dəmiri və baş beyinin özəyi ilə tənzimlənir. Qadın orqanizmində orqanlardan birinin fəaliyyətində hər hansı bir zəiflik aybaşının gecikməsinə gətirib çıxara bilər. Aybaşı sıklının "avrrostandart"ı 28 gün- + 5 gündür, bu vaxt bir aybaşı dönəmindən digər aybaşı dönəminə kimi olan müddətin sayıdır. Aybaşı əslində ortalama 3-7 gün, mülayim davam etməli, ilk günlərdə xəfif ağrılarla müşahidə olunmalıdır. Eyni şey döş ağrılarına da aiddir. Ona görə də əgər hər dəfə dediklərimizin əksinə olaraq aybaşı həddindən artıq axmayla, sizi ikiqat edən ağrılarla və dəhşətli zəifliklə müşahidə olunursa, bu  həkimə müraciət üçün yetərli səbəbdir.

Nəhayət, budur o, aybaşı gecikmələri

Xoşbəxtlikdən çox zaman səbəb - hamiləlikdir, ona görə də sizin hamiləliyin təyini testində 2 zolaq varsa - Təbrik edirik! Əgər belə deyilsə, gecikmənin səbəbləri aşağıdakılar ola bilər.
 
1-Müxtəlif ginekoloji xəstəliklər.
Misal, uşaqlığın mioması (matkada xoşxassəli şiş), matkanın soyuqlaması. Bunları aybaşından kənar qanaxmalarla təyin etmək olar.
Daha bir səbəb yumurtalıqlarda polikistozların olmasıdır. Polikistozlar zamanı bədənin həddindən  artıq tüklənməsi, yumurtalıqların böyüməsi  və piylənmə müşahidə olunur. Xəstəlik müxtəlif cür  özünü göstərə bilər, bu onun yaranma səbəbindən asılıdır və dəqiq dioqnoz üçün kompleks müayinə vacibdir.
 
2-Oral kontraseptitlərin qəbulu.
Hamiləlik  əleyhinə preparatlar yumurtalıqların "istehsal gücünü" zəiflədir, bunun nəticəsində yumurtalıqların "hiperəyləc" sindromu inkişaf edir. Bu sindrom zamanı  həmin kontraseptitlərdən istifadəyə  qadağa qoyur və 6 ay ərzində aybaşı normal vəziyyətinə qayıdır. Əksi baş verdikdə yumurtalıq  hüceyrələrinin tənzimləyən dərmanlar təyin olunur.
 
3-Abort
Hamiləliyin vaxtsız kəsilməsi zamanı  hormonal balansın qəflətən pozulması baş verir.  Həm də uşaqlığın tibbi yolla sovrulması zamanı lazimi hüceyrələrin  həddindən çox zədələnməsi, normal  alda aybaşı ilə xaric olan daxili  hüceyrə qatının zədələnməsi buna səbəbdir. Bu hüceyrələrin özünü bərpasına daha çox vaxt lazım gəlir və nəticədə aybaşı 28 gündən sonra deyil, 45 gündən sonra gəlir. Bu normal hal deyil və həkimə müraciət zəruridir.
 
4-Stress
Çox hallarda gecikmələrin səbəbləri stresdir-insan orqanizminin güclü düşmənidir. Qısa stressli situasiyalar baş beyinin, aybaşı siklinin idarə edən hissəsinə güclü təsir etməyə yetərlidir.Əsəbi  halın gücündən asılı olaraq aybaşı illərlə gəlməyə bilər. Misal, müharibə zamanı bir çox qadınlarda aybaşı tamamilə kəsilib.
 
5-Tez və əddindən çox çəki itkisi
Həkimlərdə "kritik aybaşı kütləsi" anlamı mövcuddur. Bu  al 45-47 kq yeniyetmə-qızlarda aybaşıların başlamasını ifadə edir. Kəskin arıqlama zamanı nəinki artıq çəkidən azad olmaq, hətta müntəzəm aybaşı siklini itirmə qorxusu var. Yeməyə tamamilə etiraz edən qadınlarda  həzm sistemi pozulur, halsızlıq, yorğunluq və aclıqla gələn əsəb müşahidə olunur.

Yeganə Quliyeva
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 974
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri