Yumurtalıq xərçəngi

Müəllif: Fialka
Şərhlər:
Baxılıb: 1009
Paylaş:
Səs ver:
(səs: 1)
Xanım olmaq həyatın hər mərhələsində çətindir. Bəzi zamanlar demək olar ki, hamımız "kaşki kişi olaydım" cümləsini işlətmişik. Aybaşı ağrısı yox, doğuş sancısı yox, istənməyən tüklərlə başa çıxmaq dərdi yox, makiyaj dərdi yox, büsthalter kəmərinin dərdi yox, manikür- pedikür dərdi yox. Bunları bir xeylax uzada bilərdim, ancaq bu qədəri belə kifayət edər. Biz xanımların bir də tutulma ehtimalı çox yüksək olduğu xəstəliklər da var. Bunlardan bir dənəsi də hamınızın bildiyi üzrə "yumurtalıq xərçəngidi". Ən az sinə xərçəngi qədər məşhur olan bu xəstəliyə tutulmamaq üçün müxtəlif tədbirlər görməniz şərtdir. Təbii yediyimiz yeməklərin hormonlu olması, stressli bir həyat, siqaretdən istifadə və daha bir çox şey, bizləri bütün xərçəng növlərinə sanki "sürüyür".

Bəli xanımlar, ABŞ-dakı elm İnstitutundan elm adamları bir təcrübə aparıblar. Bu təcrübə təxminən 20 min qadın üzərində edildiyi üçün çox vaxt aparmışdı. Nəticədə 12 cavab üzrə işlənilib son bir nəticəyə gəlmişdilər.
Gündə 100 mqdan az içiləcək olan bir aspirin sizi yumurtalıq xərçəngindən qoruyacaq. İlk əvvəl həkiminizlə məsləhətləşməlisiniz. Çünki aspirin bəzi xanımlarda qanama yarada bilər. Yumurtalıq xərçənginin yaşı yoxdu xanımlar. Məhz buna görə hansı yaşda olsanız olun özünüzü qorumalısınız. Sağlamlığınız üçün gündə bir aspirin için.
İrəliləmiş yumurtalıq xərçənginin əlamətləri
Xərçəng qarın bölgəsi (abdomen), ya da bədəndəki hər hansı başqa bir yerə yayılmış ola bilər, inkişaf etmiş yumurtalıq xərçəngi daha çox əlamətlərlə özünü biruzə verir. Bu əlamətlər iştahsızlıq, xəstə olmaq, ya da xəstə hiss etmək, qəbizlik, yorğunluq, nəfəs darlığı, ya da qarın bölgəsində hiss edicələk dərəcədə şişin olmasıdır. İştahsızlıq ola bilər, ya da yeməkdən sonra şişkinlik hiss edə bilərsiniz və ya qarın bölgəsində ümumi bir şiş ola bilər.
Əgər bu əlamətlərdən hər hansı birinə sahibsinizsə, həkiminizə gedin və check-up etdirin. Yumurtalıq xərçəngindən fərqli xəstəliklərində bu simptomlara səbəb ola biləcəyini yaddan çıxarmayın. Bu tip əlamətləri daşıyan bir çox qadın da xərçəng deyil.
 
Yumurtalıq xərçəngi haqqında həkiminizdən nə soruşa bilərsiniz?
Yumurtalıq xərçənginə sahib olub olmadığımı necə bilə bilərəm?
Anamda yumurtalıq xərçəngi var idi. Bu vəziyyət mənim xərçəngə tutulma riskimə necə təsir edir?
Diqqət yetirməyim lazım olan hər hansı bir əlamət varmı?
Yumurtalıq xərçənginə tutulma riskimi azaltmaq üçün edə biləcəyim hər hansı bir şey varmı?
Ailəmizdə nəsillər arasında yumurtalıq xərçənginə yoluxanlar var. Ailə genetik klinikasına getməyimi məsləhət görürsünüzmü?
Yumurtalıq xərçənginə görə yoxlanmaq istəyirəm. Bununla əlaqədar nə edə bilərəm?
Ailələrində yumurtalıq xərçəngi olan qadınlar üçün hər hansı bir genetik test mövcuddurmu?

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1009
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv