Həyatını riskə atmamaq üçün bu analizi hər bir qadın ildə bir dəfə verməlidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 849
Səs ver:
(səs: 0)
Qadınlar adətən kosmetik gözəlliyə diqqət yetirir. Dərisinin, saçlarının, geyiminin gözəlliyinə fikir verir. Ancaq bu gözəlliyin arxasında onu bir qadın kimi qoruyan faktorlara əhəmiyyət vermir. Xüsusilə bizim Azərbaycan qadınları.
Bizimlə söhbətində tanınmış ginekoloq, tibb elmləri namizədi, Mərkəzi Klinikanın Mama-ginekologiya şöbəsinin rəhbəri Mahirə İsmayılova qadınların əslində eləməsi gərəkənlərdən söz açır:
Qadının sağlamlığına bir kompleks şəklində baxmaq lazımdır. Qadının xarici-daxili cinsiyyət orqanları çox böyük əhəmiyyət daşıyır. Çünki bu orqanlarda bir fəsad baş verəndə qadının həyatı bahasına başa gələ bilər. Cinsi orqanlarda hansısa xəstəlik qadının sosial həyatını da korlayır. Onu izolyasiya edir. Ailə-məişət problemlərinə gətirib çıxarır.”
Həkim-ekspert qadınlarda uşaqlıq boynu erroziyası kimi tanınan patologiyaya da diqqət çəkdi: "Əslində uşaqlıq boynunda bir sıra patologiyalar var. Onların hamısı heç də erroziya deyil. Orada olan bəzi patologiyalar qadının sosial həyatı ilə yanaşı taleyini sual altında qoya bilir. Uşaqlıq boynunda olan proseslər irəliləyərək uşaqlıq boynu xərçənginə gətirib çıxara bilər. Uşaqlıq boynu xərçəngi bəzən xəstədə heç bir əlamət vermir. Xəstə təhlükəni hiss eləmir. Çünki kəskin əlamətlər vermir. Yumurtalıqlarda, yaxud uşaqlığın özündə bir proses olanda hansisa əlamət, simptomatika olur. Ancaq uşaqlıq boynundan gələn təhlükə özünü göstərmir. Proses dərinləşir və qadının nəinki sağlamlığı, hətta həyatı risk altına düşür. Ona görə də biz qadınlarla iş aparanda onun sağlamlığına bütövlükdə yanaşırıq. Mən hər bir qadınla dərinnən söhbət edirəm. Ona suallar verirəm, şikayətlərini dərinnən təhlil edirəm. Baxıram ki, hansı durumda qadının uşaqlıq boynunda gizli proses gedir. Bu zaman sitoloji təhlilər aparırıq. Buna Pap Nikola testi deyirlər. Analizin adı məhşur alimin adıyla bağlıdır. Bu testi profilaktik məqsədlə hər bir qadın ildə bir dəfə verməlidir. Uşaqlıq boynunda bir problem olubsa, yaxud indi varsa aşkara çıxarırıq. Bir sıra hallarda biz eşidirik ki, qadında uşaqlıq boynu erroziyası olub deyə həmin erroziyanı yandırırlar tibb işçiləri. Belə hallarda ehtiyatlı olmaq vacibdir. Bu qadınlarsa həmin təhlili 6 aydan bir verməlidirlər.  Əgər təhlil sonucunda bir şübhə gördükdə mütləq kolposkopiya aparırırq. Kalposkopiya xüsusi mikroskop vasitəsilə uşaqlıq boynunun müayinəsidir. Mikroskop altında xüsusi testlər aparırıq. Misal üçün: Şiller testi də bu qəbildəndir. Uşaqlıq boynu xüsusi yod tərkibli maddə ilə işlənilir. Sonra isə kalposkopiya aparılır. Mikroskop altında qadının uşaqlıq boynunda xoşxassəli və ya bədxassəli törəmə varsa müəyyən edlir. İlk öncə xüsusi biopsiya aparılır. Biopsiya laboratoriyada patositoloji müayinə edlir. Əgər qadın gəncdirsə onun reproduktivliyi qorunur və törəmə olan hissə kəsilərək götürülür. Xüsusi vasitə ilə həmin törəmə götürülür. Bir sıra hallarda biz uşaqlıq boynunun bədxassəli törəmələrinə rast gəlirik müayinə zamanı. Xəstənin şikayətlərini dinləyəndə o bildirir ki, kontakt qanama olub, axıntı olub amma fikir verməyib. Sonra həkimə gedəndə erroziya diaqnozu qoyub həmin hissəni yandırıblar. Yandırma üsulu tamamilə doğru olmayan bir üsuldur. Bəzi həkimlər həmin nahiyəni yandırmağı çox sevirlər. Ancaq bunu eləmək təhlükəlidir. Çünki yandıranda həmin proses dərinləşir. Bədxassəli törəməyə keçməsi riski artır. Hesab edirəm ki, bu uşaqlıq boynunun düzgün müayinəsi üçün mütləq Papa Nikola testi aparılmalıdır və daha sonra düzgün müalicə aparılmalıdır. Əgər kolposkopiya müayinəsi zamanı hansısa törəmə aşkara çıxarılırsa o zaman cərrahi müalicə aparılır. Lazım gəldikdə onko-ginekoloqun müdaxiləsi olmalıdır.”
Uşaqlıq boynu patologiyalarına gətirib çıxaran risk faktorları təkcə infeksiyalar deyil. Mahirə xanm bildirdi ki, abortlar və çoxsaylı doğuşlar da ciddi təhlükə mənbəyidir: "Abort zamanı uşaqlıq boynu xüsusi genişləndiricilər vasitəsilə genişləndirilir. Bu da ziyandır. Çoxsaylı doğuşlar zamanı da uşaqlıq boynu genişlənir. Çırıqlar olur. Bu çırıqlar vaxtında mütləq bərpa olunmalıdır. Yoxsa uşaqlıq boynunun ilk qişasının  xaricə çıxması baş verir. Bu da infeksiya üçün açıq qapıya çevrilir. Uşaqlıq boynu ilə uşaqlıq arasında balans pozulur. Uşaqlıq boynu tez zədələnir. Doğuş zamanı uşaqlıq boynu yoxlanmalıdır. Problem aradan götürülməlidir. "
Uşaqlıq boynu patologiyalarının olması görəsən süni mayalanmanın icrasına ciddi maneə ola bilərmi?  Mahirə İsmayılova həm də süni mayalanma üzrə mütəxəssis olduğu üçün ona bu sualı da ünvanladıq: "Həqiqətən uşaqlıq boynu xəstəlikləri süni mayalanma  üçün ciddi əhəmiyyət daşıyır. Uşaqlıq boynunda olan infeksiyalar hamiləliyi əngəlləməklə yanaşı bətndə olan dölün inkişafına da pis təsir göstərir. Yəni bətn daxili infeksiyaya da gətirib çıxara bilər. Digər məsələ də var. Bilirsiniz ki, süni mayalanma zamanı bəzi hormonal dərmanlar təyin edilir. Hormonal dərmanlar isə uşaqlıq boynunda olan patologiyaları daha da dərinləşdirə bilər. Ona görə də süni mayalanmadan öncə uşaqlıq boynunda olan xəstəlik müalicə olunur. Yeri gəlmişkən süni mayalanmaya müraciət edən qadınların çoxunun da yaşı 30-dan yuxarı olduğuna görə uşaqlıq boynu problemlərinə rastgəlmə tezliyi gənc qadınlara nisbətən daha çox olma ehtimalı var. Ona görə də süni mayalanmaya hazırlanan pasientlərimiz həmin hazırlıq dövründə mütləq uşaqlıq boynunda olan infeksiyalar və uşaqlıq boynunda olan patologiyalardan ötrü xüsusi müayinələrdən keçməlidirlər. İnfeksiyalarlda bir problem varsa, aradan qaldırılmalıdır. Üstəlik süni mayalanmada embrionlar birbaşa uşaqlıq boynundan içəri ötürülərək uşaqlığa yerləşdirildiyinə görə uşaqlıq boynu infeksiyalarının müalicəsi daha etibarlıdır. "
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 849
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri