Türkan Gündüz:
"Proktoloji xəstəliklər cüzi rahatsızlıqdan tutmuş, həyati təhlükə yaradan
hallara da səbəb ola bilər”
İnsanlar arasında geniş yayılmış xəstəliklərdən biri də el arasında babasil
kimi tanınan hemorroy xəstəliyidir. Əhalinin istənilən təbəqəsində rast gəlinən
bu mərəzin əlamətləri və müalicə üsulları tibbin proktologiya sahəsinə aid
edilir. İllər öncə olduğu kimi hazırda da ölkədə bu sahə ilə məşğul olan kifayət
qədər mütəxəssis var. Amma səhiyyədə əhalinin inamını qazanmağın asan olmadığı
bir zamanda xüsusilə gənc kadrların peşəkarlığı diqqət çəkir. Müsahibimiz də gənc
olmasına baxmayaraq fəaliyyətinda artıq bir çox uğurlara imza atmış "Grand
Hospital” klinikasının proktoloq-cərrahı, cərrahi şöbənin müdiri Türkan Gündüzdır.
- Türkan xanim, ilk baxişdan proktologiya sahəsi hamı üçün başadüşülən
olmur. Odur ki, mutəxəssisi olduğunuz sahə haqqında məlumat verərdiniz.
- Kolo – proktologiya - ümumi cərrahiyyənin yoğun bağirsaq, düz bağirsaq, anal
və perianal bölgə xəstəlikləri ilə məşğul olan sahəsidir. Bu xəstəliklərdən qəbizlik
və ishal kimi bağırsağın funksional pozğunluğu daha geniş yayılıb. Sahənin digər
aktual xəstəlikləri kimi isə yoğun bağırsaq, düz bağırsaq və anal nahiyyənin
xoşxassəli törəmələrini, anus və düz bağirsaq çatlarını, yoğun bağirsağın
iltihabi xəstəliklərini göstərmək olar.
Proktologiya yalnız yuxarıda sadalanan xəstəliklərin öyrənilməsi və müalicəsi
ilə bitmir. Bura həmçinin pilonidal sist (büzdüm nahiyyəsində tük dönməsi), düz
bağirsağin bəzi infeksion xəstəlikləri, ziyillər, koldiloma, popilloma kimi
virus xəstəlikləri, – düz bağirsaq sallanmasi, anal daralma, doğuşdan sonrakı
aralıq və anorektal travmaları da aid etmək olar.
- Bəs xəstəliyin ümumi əlamətləri hansılardır?
- Kolo-rektal xəstəliklərin ümumi əlamətləri anusdan qanın gəlməsi (qırmızı və
ya laxtalanmış şəklində ola bilir), defekasiya aktında nəcisin incəlməsi, qəbizlik
və ya əksinə diareyanın (ishal) olması, defekasiya aktından sonar tam
rahatlanmama və təkrar–təkrar tualet ehtiyacını həyata keçirmək istəyi,
defekasiya aktı zamanı ağrının olması, anus nahiyyəsində qaşıntı, dəri
aşılanması, şişliklər və yaraların olması, qarında zaman-zaman izah edilə bilməyən
ağrıların olması, zəiflik hissi və qan azlığı hallarının inkişaf etməsi ola
bilir. Qeyd olunan şikayətlər zamanı xəstə mütləq həkimə müraciət etməlidir.
- Proktoloji problemləri olan xəstələrin çox olmasına baxmayaraq, onların əksəriyyəti
həkimə müraciət etməkdən çəkinirlər. Bunun əsas səbəbi isə utancaqlıq və
"ötüb keçər” fikridir. Maraqlıdır, proktoloji xəstəliklər nə dərəcədə təhlükəlidir
və həkimə vaxtında müraciət olunmadıqda hansı fasadlara səbəb ola bilər?
- Xəstəliyin formasından və ağırlıq dərəcəsindən asılı olmayaraq buna ciddi
yanaşmaq lazımdır. Həmçinin də proktoloji xəstəliklərə. İlk baxışda ciddi
gorünməsə də, proktoloji xəstəliklər də zaman keçdikcə və müalicə olunmadıqca
ciddi fəsadlara səbəb ola bilər. Belə ki, yoğun bağirsaq (kolon) - rektum və
anus xəstəlikləri cüzi rahatsızlıqlarla yanaşı həyat üçün təhlükə yaradan
hallara da səbəb ola bilər. Bu xəstəliklərdə erkən diaqnostika və müalicə çox
zaman xəstənin həyatı üçün yarana biləcək narahat vəziyyətləri aradan qaldıra və
həyat qurtarıcı ola bilir.
Yoğun bağırsağın, düz bağırsağın istənilən patologiyası ilk mərhələlərdə çox da
diqqət cəlb edən olmasa da, xəstəliyin daha irəliləyən mərhələlərində geniş mürəkkəb
əməliyyatlarla nəticələnir və hətta xərçəngin yaranma riskini də artırmış olur.
Təsadüfi deyil ki, bəzən xərçəng önü xəstəliklər kimi babasil, xoşxassəli törəmələr
və bağırsağın iltihabi xəstəlikləri göstərilir. Unutmayaq ki, yoğun bağırsaq xərçənginin
vaxtında diaqnostikası nəticəsində yaşama göstəriciləri olduqca yüksəkdir! Bəzən
pasientlərin çoxu bu sahə haqqında məlumatın az olması və ya utanma kimi səbəblərdən
həkimə gec müraciət edirlər ki, bu da xəstəliyin ağırlaşmasına səbəb olur.Mənə
müraciət edən xəstələr də təsdiq edirlər ki, daha öncələr məhz utandıqları üçün
həkimə müraciət etməyiblər. Xüsusən qadın pasientlərim qadın cərrah-proktoloqların
Azərbaycanda olması barədə az məlumatlı olduqlarını qeyd edirlər.
- Etiraf etməliyik ki, əksər həkimlərimiz internetin imkanlarından
yararlanmaqda maraqlı deyillər. Amma sizi virtual məkanda aktiv həkim kimi
taniyiriq. Bu sizin fəliyyətinizə nə dərəcədə müsbət təsir edir?
- Qeyd edim ki, 2013-cu ilən facebook sosial şəbəkəsində Ümumi - Cərrah Proktoloq Dr. Hacıyeva Türkan adı altında səhifə yaratdım və hal hazırkı dövrə kimi aktiv bir səhifə
olaraq fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda yetəri qədər tanınmış və
reytinqlərdə 1-ci olan Qadinlar.Biz saytında həkim-konsusltant kimi oxucuların
suallarını cavablandırıram. Proktologiya barədə müxtəlif istiqamətli suallara
cavab verməyə çalışıram. Təbii ki müasir dövrdə informasiya texnologiyalarının
həyatımızda olan rolunu dana bilmərik və internet vasitəsilə insanların maariflənəsi,
həkimlə birbaşa sağlamlığına dair problemləri müzakirə etməsi inkişafdan xəbər
verən bir hal kimi qiymətləndirilməlidir. İnternetdən istifadə həmçinin digər
ölkələrdn olan kolleqalarımızla əlaqə saxlamağa, fikir mübadiləsi və
disskusiyalar yaratmağa da kömək edir.
- Cərrahlıq hətta kişilər üçün belə ağır bir peşə hesab olunur. Bəs zərif
cinsin nümayəndəsi olaraq bu sahədə çalışmaq sizə çətin deyil ki?
- Düşünürəm ki, hər bir iş sahəsinin özünün çətinlikləri vardır. Lakin, peşəsini
sevən hər bir mütəxəssis uçün işinin üstünlükləri onun çətinliklərini kölgədə
qoyur. Mən deyərdim ki, əksinə iş prosesində rastlaşdığımız çətinliklər bizi
daha da əzmlə sevdiyimiz sahədə fəaliyyət göstərməyə və öz üzərimizdə çalışmağa
sövq edir. Odur ki, zərif cinsin nümayəndəsi olmağımdan asılı olmayaraq mən
işimdə güclü insan olmaq adına çalışıram.