Qadınları narahat edən sualın cavabı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 015
Səs ver:
(səs: 3)
Şiddətli menstruasiya ağrıları bir çox qadınların ortaq problemidir. Bəs ağrı kəssin deyə bir çox qadınların istifadə etdiyi üsul - qarın bölgəsinə isti su torbası ("qrelka”) qoymağın bir faydası varmı?Bir çox qadını maraqlandıran bu sualın cavabını təqdim edirik.

Menstruasiya ağrıları qadınlar arasında sıx yaşanır. Hətta bəzi qadınlar bu ağrılara görə işə, dərsə getmir, sancını azaltmaq üçün özünə görə yollar axtarır. Bəzi hallarda bu ağrılar o qədər şiddətli olur ki, qadın yataqdan belə, ayağa qalxa bilmir.

Menstruasiya dövründə ağrıkəsici istifadə etmək doğrudurmu?
Menstruasiya zamanı yaranan laxta və toxuma artıqlarını bədəndən ata bilmək üçün uşaqlıq sıxılır. Uşaqlıq sıxılmaları da menstruasiya ağrılarının başlıca səbəbidir.

Sıxılmalar zamanı uşaqlıq toxumasında artan prostaglandinlər fərqli ağrıkəsicilər tərəfindən azaldılır. Bu isə ağrılarda azalmaya yol açarkən qanamanı da azaldır və bir çox qadın üçün də problem yarada bilər.

Mədə, qaraciyər xəstəliyi və böyrək problemi olanlar dərman istifadə etməkdən qaçmalı, qanama miqdarını azaltmadan edə biləcəyi alternativ üsullar seçməlidir. Bu üsullar sırasında isti su tətbiqləri, həftədə bir neçə dəfə idman etmək, yatmaq da var.

İsti su torbası çıxış yoludurmu?
İsti su torbaları uşaqlıq, həm də qarnın ön divarlarındakı əzələləri istilik təsiri ilə gəvşədir. Damarlarda da gəvşəməyə yol açır, beləcə, itirilən qan miqdarını artırır.
Qan dövranı sürətləndiyi üçün rahatlıq yaşanır. İsti su ucuz və zərərsiz bir yol olduğundan məsləhət görülən bir üsuldur.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 6 015
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri