Mioma nədir? - təbii müalicəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 54 968
Səs ver:
(səs: 3)
Mən deyərdim ki, miomalar dünyada ən çox Azərbaycanda yayılmışdır. Mioma uşaqlığın xoş xassəli şişləridir. Əgər sizdə mioma aşkarlanıbsa, təşvişə düşməyin, əvvəlcə yerini və ölçülərini öyrənin, çünki uşaqlığın daxilindəki miomalar xaricindəki miomalardan daha təhlükəlidir. Əgər mioma böyümürsə bunun qorxusu olmaz. Əgər sizin yaşınız çoxdusa 48-50 bu zaman yenə də miomaların təhlükəsindən qorxmayın, ümumiyyətlə 50 yaşdan sonra miomaların ölçüləri kiçilməyə başlayır.
Bəs miomalar nədən əmələ gəlir? Bu hələki bəlli deyil, tez-tez süni abort edənlərdə, spiraldan istifadə edənlərdə, həddən artıq piylənmələrdən sonra miomalar daha tez inkişaf edir. Bir də əsas məsələ qidalanma ilə əlaqədardır, çünki yağlı və züllalı qidaları çox yeyənlərdə miomalar daha tez rast gəlinir (ona görə Azərbaycanda geniş yayılımışdır). Miomalar böyüməyə davam edərlərsə, bu təhlükəlidir. Məsələn uşaqlıqdaxili qanaxmalara, uşaqsalmalara, ağrılara səbəb ola bilirlər. Mioma olan zaman bədəndə esterogen səviyyəsi yüksəlir, proqesteron səviyyəsi düşür. Proqesteronun səviyyəsini yüksəldən bitkilərdən istifadə etmək lazımdır.

Müalicəsi:
1. Birinci yeməkdən başlanılmalıdır, çox zülallı və yağlı yeməklərin yerinə meyvə-tərəvəz qəbul olunmalıdır. Hər gün 1 stəkan kərəviz soku, 2 gündən bir 1 stəkan cəfəri soku, hər gün 1 stəkan cücərmiş yaşıl buğda soku (üst hissəsi) (cücərmiş buğdanın yaşıl hissəsi 1 stəkana tökülür üzərinə su əlavə edilib blenderlə qarışdırılır), çaytikanı soku, növbəli şəkildə çuğundur, kələm, gavalı (balaca yerli olsa yaxşıdır), çiyələk, portağal, alma, kök şirələri içilməlidir. Bu şirələr bədən mühitini dəyişirlər, bunula da miomalar inkişafdan qalırlar. Yeməkdən əvvəl zeytun yağlı salatlar yeməyə vərdiş edin.
2. Bitki məcunu:
Dəmrovotu – 50 qr
Boymadərən – 50 qr
Adaçayı – 50 qr
Yovşan – 50 qr
At pıtrağı kökü – 50 qr
Zəncəfil – 50 qr
Gülümbahar çiçəyi – 50 qr
Propolis – 50 qr
Bal – 2 kq
Deməli bu bitkilər üyüdülür, toz formasına salınır, balla qarışdırılır, propolis isə balaca-balaca kəsilib bu məcunun içinə qarışdırılır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilir.
Üç ay boyunca gündə 2 dəfə yeməkdən sonra 1 xörək qaşığı qarazirə yağı içilməlidir.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 54 968
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri