Yeni ana olan qadınlar təhlükədə! - Fibromiyalgiya ola bilərsiniz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 552
Səs ver:
(səs: 0)
Doğuşdan sonra boyun və bel ağrıları ilə ortaya çıxan fibromiyalgiya nədir? 

Ortaya çıxma səbəbləri nələrdir? Yeni ana olan qadınları maraqlandıran bu sualları təqdim edirik. 

Ana olmaq asan deyil. Yuxusuz gecələr, tez-tez uşaq əmizdirmək, qazdan dolayı həmişə ağlayan bir körpə… 24 saat necə keçir heç bilmirsiz. Ancaq bəzən bu yorğunluq nə edilsə də, heç cür keçməyə bilər. Özünüzü hələ də üzgün, dağınıq hiss edir, boyun və bel ağrıları yaşayırsınızsa, fibromiyalgiya (yumşaq toxuma revmatizmi) ola bilərsiniz. 

Fibromiyalgiya nədir? 

Fibromiyalgiya yayılmış bədən ağrıları ilə özünü göstərən, amma bütün bədənə təsir edən bir xəstəlikdir. Boyunda, kürəkdə yer dəyişdirən ağrılar yaşanır. Həmişə yorğun, halsız olmaq, nəsə etməyə halın olmaması da yaşanan əlamətlərdir. Üzüntü, yuxu pozuntusu, bədəndə ağrılı həssas nöqtələr, oynaqlarda sərtlik, əllərdə və qollarda keyimə, şişkinlik hissi olur. Ən xırda işi görəndən sonra belə, özünüzü döyülmüş kimi hiss edirsiniz. Bağırsaqlarda qəbzlik, qaz, şişkinlik kimi nizamsızlıq görülür. Qadınların 2%-də görünən bu xəstəlik daha çox 30-60 yaş arasında rastlanır. 

Qeysəriyyə fibromiyalgiyaya səbəb olurmu? 

Fibromiyalgiya psixoloji xəstəlik deyil. Bioelektrik bir xəstəlikdir. Bədənin otonom sinir sistemi pozulduğu üçün enerji sıfıra enir. Dərmanla da müalicəsi olmur. Ətrafınızdakılar da sizi anlaya bilmir. 

İlk səbəb kimi uşaqlıqda yaşanan boğaz infeksiyalarının qalıcı təsiri hesab olunur. Qeysəriyyənin yaratdığı mənfi təsir də buna yol aça bilər. Ancaq sinir müalicəsi ala bilərsiniz. 

Unutmayın, siz çox yaxşı anasız sadəcə etmək istədiklərinizə bədəniniz yetmir. Ümidsizliyə qapılmayın!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 552
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri