Qadın sağlamlığında naringinin faydaları

Şərhlər: 6
Baxılıb: 2 208
Səs ver:
(səs: 0)
Narıncı rəngi ilə pozitiv enerji verən naringinin biz qadınlar üçün də faydaları çoxdur. Saç tökülməsindən sümük əriməsinə, qarın piylərinin əridilməsindən tutmuş uşaq inkişafına qədər naringinin faydalarını sənin üçün araşdırmışıq.  

Hamiləliyə faydaları: inkişaf orqanlarının sağlamlığını qoruyan naringi qan dövranını yaxşılaşdıraraq hamiləlik dövründə uşağın sağlam inkişafına köməkçi olur. 
Artıq yağları yandırır: qarın, omba və ya qollardakı artıq yağları yandıran xüsusiyyətə malik olan naringi sağlam arıqlamağa dəstək verir.
Saç tökülməsinin qarşısını alır: qadınlarda saç tökülməsinə yaxşı təsir edən naringi tərkibindəki A vitamini ilə yeni saçların çıxmasına şərait yaradar. Saçların həcmli və gur görünməsinə kömək edir.
Diabetə yaxşı təsir edir: lifli tərkibi ilə naringi diabet xəstələrinə yaxşı təsir edir. Çünki qan şəkərini normada saxlayaraq tez acmağın və ya halsız olmağın qarşısını alır.
Sümük əriməsinin qarşısını alır: menopoz dövründə qadınları gözləyən təhlükədə sümük əriməsinə qarşı qoruyucu təsir bağışlayır.
Gözləri qoruyur: tərkibindəki A vitamini ilə naringi gözlərin sağlamlığını da qoruyur və daha yaxşı görməsinə səbəb olur.
Qripə qarşı qoruyur: İmmunitet sistemini gücləndirən C vitamini tərkibi ilə naringi qripdən də qoruyan xüsusiyyətə malikdir.
Naringi necə yeyilir?
- Naringi 60 kaloridir. Gündə iki ədəd yeyilə bilər. Bu miqdar sağlam qidalanma və kilonu normada saxlamaq üçün idealdır
- Qəlyanaltılarda bir stəkan süd, kefir və ya qatıqla birlikdə qəbul edilə bilər
- Yaşıllığı olan salatlara, yulaf əzməsinə əlavə edilə bilər 
- Üzərinə 1 ç.q. darçın səpib qəlyanaltı zamanı yeyiləndə tox saxlayar, daha da az qidalanaraq kilo atmağa da kömək edər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri