Qadınlarda süzənək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 495
Səs ver:
(səs: 0)
Qadınlarda bu xəstəlik kişilərin xəstəliyindən öz xüsusiyyətləri ilə fərqlənir. Xəstələnmiş qadınların demək olar ki 90%-i 2-3 həftə müddətində süzənəklə yoluxduranlarını hiss etmirlər, çünki irinli məhtəviyyat ifrazatı az və ağrısız olur. Yoluxmuş qadınların yalnız 10-15%-i 3-5. gündən sonra qarının aşağısında ağırlıq, sağrı nahiyəsində ağrılar, sidik ifrazatı vaxtı sancı hiss edirlər. Bir çox qadınlar özlərinin yoluxduqlarını aylarla hiss etmirlər, cinsi əlaqələrdə olurlar və onların xəstəliyi yalnız yoluxdurduqları kişilərin vasitəsilə və yaxud ginekoloji müayinələr zamanı aşkar edilir. Qadınlarda süzənəyin əsas xüsusiyyəti onun çoxocaqlı olması, yəni eyni vaxtda sidik kanalı, uşaqlıq boynu, uşaqlıq yolu dəhlizinin vəzilərinin, eləcə də düz bağırsağın bu prosesə tutulmasıdır.

Kişilərlə olduğu kimi qadınlarda da süzənək kəskin (təzə) xroniki və latent (gizli) ola. bilər. Ən çox xroniki süzənək aşkar olunur. Qadınlarda süzənəyin sidik-cinsiyyət orqanının aşağı nahiyəsində (uretrit), uşaqlıq boynunda (endoservisit), uşaqlıq yolunda (vaginit) olan formaları ayırd edilir. Bundan əlavə, yalnız yoluxmuş qız uşaqlarında təsadüf olunan, uşaqlığa, uşaqlıq borularına və artımlarına, çanaq nahiyəsində qarın boşluğuna yayılan "yüksələn süzənək” qeyd olunur. Qadının cinsiyyət üzvlərinin yuxarı hissələrinə qalxan süzənək abort, doğuş, aybaşı nəticəsində baş verir. Uzun müddət davam edən xronik süzənək cinsi pozuntulara, qadında cinsi soyuqluğun əmələ gəlməsinə səbəb ola bilər. Süzənək hamiləliyin normal gedişlə və nəticəsinə pis təsir göstərir. Süzənəklə yoluxmuş hamilə qadında uşaqsalma, vaxtından əvvəl doğuş, doğuşdan sonra fəsadlar olur. Doğum evlərində süzənək aşkar edilmədikdə belə, doğuşdan sonrakı dövrdə zahı qadının uşaqlığında, ,onun artımlarında, hətta qarın boşluğunda yüksək hərarətlə, ağrılarda iltihab prosesi baş verir. Süzənəklə yoluxmuş hamilə qadın doğuş zamanı körpənin gözünü və qız uşağının sidik-cinsiyyət sistemini süzənək xəstəliyinə yoluxdurur.

Kiçik qızlarda süzənək
Kiçik qızlar süzənək xəstəliyinə ən çox 2-8 yaşlarında məişət yolu ilə valideynlərinin mikroblarla çirkləndirdikləri ümumi yataq, dəsmal, hamam lifi vasitəsilə yoluxurlar; yoluxma hadisələrinin dörddə üçündə xəstəliyin mənbəyi xəstə anadır. Kiçik uşaqlar süzənək xəstəliyinə görə müalicəni yalnız xəstəxana şəraitində almalı, belə uşaqlarını valideynləri və uşaqla tomasda olmuş qohumları da yoxlanılmalıdır. Əkər o, körpələr evinə, uşaq bağçasına, oradakı işçilər və bütün uşaqlar da yoxlanmalıdırlar. Uşaq yaşlarında süzənəklə xəstələnən qızlarda sonrakı dövrlərdə onların sağlamlığına təsir edən qeyri-normallıqlar — aybaşının, hamiləliyin pozulması və ya sonsuzluq da ola bilər. Ona görə də kiçik yaşlarından uşaqlara, xüsusilə qızlara şəxsi gigiyena qaydalarını öyrətmək vacibdir. hər bir uşaq ayrıca yataqda yatmalı, onun şəxsi dəsmalı, gecə paltarları və lazımi əşyaları olmalıdır. Qız uşaqların heç vaxt yatağa tumançaq qoymaq olmaz. Bilmək lazımdır ki, süzənək xəstəliyini keçirmiş adamlarda bu xəstəliyə qarşı immunitet — davamlılıq yaranmır və o, təkrar xəstələnə bilər. Təkrar xəstəlik isə daha ağır və uzunmüddətli olur, çox da fəsadlar əmələ gətirir. Süzənəyin müalicəsi yalnız mütəxəssis həkim tərəfindən aparılmalıdır.
Süzənəyin profilaktikasının əsasmı onun vaxtında aşkar edilməsi, bütün xəstələrin mütəxəssis həkim tərə-findən vaxtında düzgün müalicə edilməsi təşkil edir. Bu məqsədlə də müəyyən qrup şəxslər müntəzəm şəkildə müayinə olunurlar. Bundan əlavə bütün hamilə qadınlar, hamiləliyi süni surətdə pozmaq üçün tibb idarələrinə müraciət edənlər, sidik-cinsiyyət trixomonlazı ilə xəstələr süzənəyə görə müayinə olunurlar.
 
Mama-Ginekoloq Dr. Sevinc Qehremanova
(055)649-55-99
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 495
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri