Qadınlarda ağrıları azaldan 7 təbii vasitə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 643
Səs ver:
(səs: 1)
Hər 10 qadından 9-u menstruasiyadan əvvəl və menstruasiya zamanı bu və ya digər xoşagəlməz hallar, ağrılarla üzləşir.
Bu ağrıları azaltmaq üçün dərhal dərmanlara əl atmayın. Bəzi xalq təbabəti vasitələri sizə çox yaxşı kömək edə bilər.
Bu vasitələrin arasında:

1. Nanə
Nanə spazmolitik xüsusiyyətlərə malikdir, ağrını və spazmı (sıxılma) azaldır.
1 ç.q. quru nanə 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir və gündə 2 dəfə içilir.

2. Zəncəfil
Zəncəfilin də spazmoitik və həmçinin ağrısızlaşdıran və iltihabəleyhinə xüsusiyyətləri var.
3-4 sm uzunluqda təzə zəncəfil təmizlənir, sürtgəcdən keçirilir və 200 ml qaynar suda 30 dəqiqə ərzində dəmlənilir. Bu dəmləməni 1/2 stəkan olmaqla gündə 2 dəfə içmək olar. Dəmləməyə 1 çay qaşığı bal və limon da əlavə edə bilərsiniz.

3. Çobanyastığı
Çobanyastığı "qadın otu" sayılır. Çobanyastığı çox yaxşı spazmolitikdir.
1 ç.q. çobanyastığı 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və gündə 2 dəfə içilir.

4. Biyan kökü
1 xörək qaşığı biyan kökü 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

5. Darçın
1/2 ç.q. darçın 1 stəkan ilıq südə əlavə edin və için.

6. Mixək
3-4 mixək əzin və 100 ml qaynar suda 20 dəqiqə ərzində dəmləyin. Belə dəmləməni gündə 2 dəfə içmək olar.

7. Qatırquyruğu
1 x.q. qatırquyruğu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir.
Sadaladığımız bitkiləri həm ayrı-ayrı istifadə etmək olar, həm də 2-3 bitkini qarışdırmaq olar (məsələn, çobanyastığı + nanə və ya çobanyastığı + qatırquyruğu və s.).
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri