Endometrium və hamiləlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 955
Səs ver:
(səs: 0)
Uşaqlığın daxili qatı "endometrium" adlandırılır. Bu qat hamiləliyin baş tutmasında və normal inkişafında böyük rol oynayır.
Endometrium bazal və funksional qatlardan ibarətdir. Bazal qat daimidir. Funksional qat isə menstrual dövrü ərzində tədricən qalınlaşır ("şişir"). Mayalanmadan sonra uşaqlığa düşmüş hüceyrələr toplusu (ziqot) uşaqlığın divarına implantasiya etməlidir ki, hamiləliyin inkişafı davam etsin. Bunun üçün uşaqlığın daxili qatı lazım olan qalınlıqda olmalıdır. Əgər bu qat nazik olarsa (7 mm-dən az), ziqot uşaqlığın daxili divarına implantasiya edə bilməyəcək və nəticədə hamiləlik baş tutmayacaq. Belə hesab olunur ki, normal implantasiya üçün uşaqlığın daxili qatının qalınlığı 9-15 mm olmalıdır.
Hamiləlik baş tutmadıqda, endometriumun funksional qatı uşaqlığın divarından qopur və daxilə çıxır (bu menstruasiyadır).

Hansı səbəblərə görə endometrium normal inkişafı pozulur? Bu səbəblərin arasında:
- endometriumun iltihabları,
- endometriumun mexaniki zədələmələri (abortun nəticəsində),
- uşaqlığın inkişafınında olan pozulmalar (uşaqlığın infantilizmi),
- hormonal pozulmalar.
Beləliklə, endometrium hamiləliyin saxlanmasında və normal inkişafında əhəmiyyətli rol oynayır:
- endometriumun qalınlığından mayalanmış yumurta hüceyrəsinin implantasiyanın mümkün olub-olmaması asılıdır,
- endometriumun toxumaları böyüyən embrionu qidalandırır,
- endometriumun toxumasından döl qişaları və daha sonra isə cift formalaşır.

Bu səbəbdən endometriumun patoloji dəyişiklikləri bir çox hallarda sonsuzluğa səbəb olur.
Endometriumun hiperplaziyası və uşaqlığın polipozu zamanı implantasiya prosesi pozulur və hamiləlik baş verməyə bilər.
Endometrioz zamanı da implantasiyanın baş tutması çətinləşir. Bu xəstəliyin nəticəsində uşaqlığın daxilində patoloji ocaqlar yaranır ki, bu ocaqlarda implantasiya mümkün olmur.
Abort zamanı uşaqlığın daxili qatı ciddi zədələnir ki, bunun nəticəsində endometriumun fəaliyyətində pozulmalar inkişaf edir. Bu pozulmalar isə implantasiyanın baş verməməsinə səbəb ola bilər.
Qadının hormonal fonunda olan pozulmalar endometriumun normal inkişafına mane olur ki, nəticədə endometrium implantasiya üçün lazım olan qalınlığa çatmır.
Beləliklə, əgər qadında endometriumun inkişafında pozulmalar varsa, bu sonsuzluğa səbəb ola bilər. Bu halda endometriumun inkişafının pozulmasının səbəbi (və ya səbəbləri) təyin olunmalıdır. Bunun üçün qadın USM-dən keçməli, infeksiyalara və hormonlara görə analizlər verməlidir.

Cərrah Mama-Ginekoloq Dr.Sevinc Qehremanova
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 955
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri