Hamiləlikdə həzm və sidik ifrazı sistemlərində olan dəyişikliklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 10 316
Səs ver:
(səs: 0)
Hamiləlik vaxtı uşaqlığın ölçülərinin artması nəticəsində bağırsaqlar öz yerini yuxarı və yanlara olmaqla dəyişmiş olurlar ki, bu da qəbizliyin əmələ gəlməsinə, mədənin sıxılması isə gəyirməyə səbəb olur. Bu zaman dad və qoxu hissiyyatının dəyişməsi, bəzi qidalara qarşı ikrah hissinin yaranması, qeyri-adi maddələrin (gil, təbaşir və s.) qəbuluna meyllilik yaranır. Ölçüləri artmaqda olan uşaqlıq, həmçinin sidik kisəsinə də təzyiq edərək sidik ifrazının tezləşməsinə səbəb olur. Bu dövrdə böyrəklər xeyli artmış gərginlikdə fəaliyyət göstərsələr də, sidikdə zülal olmalı deyil (onun aşkar edilməsi toksikoz və ya piyelonefritin əmələ gəlməsinin göstəricisi ola bilər).

Maddələr mübadiləsi və bədən çəkisi. Hamiləlik dövründə maddələr mübadiləsinin sürətlənməsi qadının çəkisinin dəyişməsinə səbəb olur. Hamiləliyin 9 ayı ərzində qadının çəkisinin ümumi artımı normada 12 kq-dan artıq olmamalıdır. Hamiləliyin 1-ci yarısında çəki artımı 4 kq, 2-ci yarısında isə 8 kq təşkil edir. Çəkinin yuxarıda qeyd olunan göstəricilərdən artıq olması hamiləliyin sona çatdırılması və doğuş üçün təhlükəli hal kimi qiymətləndirilməlidir. Əksər hallarda bu, onlarda toksikozun (nefropatiyanın) inkişaf etməsi ilə əlaqədar olaraq toxumaarası sahəyə mayenin artıq yığılması nəticəsində meydana çıxır.

Hamiləlik dövründə normada 12 kq artmış olan çəki aşağıdakıların cəmindən ibarətdir:

- dölün çəkisi - 3 - 3,5 kq;
- ciftin çəkisi- 0,45 - 0,8 kq;
- dölyanı suların çəkisi - 0,9 - 1,5 kq;
- uşaqlığın çəkisi - 0,8 - 1 kq;
- qanın həcmi - 1,3 - 2 litr;
- toxuma mayesinin həcmi və süd vəzilərinin çəkisi - 4,5 kq.

Dəridəki dəyişikliklər. Hamiləlik dövründə bədən dərisinin bəzi sahələrində (üst dodaqda, burunda, alında, döş gilələrinin ətrafında, qarın dərisinin ağ xətti boyunca (qarınüstü nahiyyədən başlayaraq göbəkdən keçməklə qasıq sümüyünün ortasına qədər enən vertikal xətt) qəhvəyi rəngli piqment ləkələri əmələ gəlir. Dərisinin elastikliyi az olan qadınlarda hamiləliyin ikinci yarısında dəridə qırmızımtıl-göy rəngli zolaqlar (gərilmələr, yəni striyalar) əmələ gəlir. Həkimlə məsləhətləşəndən sonra xüsusi kremlər istifadə edə bilərsiz ki, bu zolaqlar əmələ qəlməsin. Hamiləlik zamanı müxtəlif dezodorantlardan, isti su, xüsusən isti vannalardan istifadə etmək, uzun muddət günəş altında qalmaq da məsləhət görülmür.
Cinsi orqanlar. Hamiləlik zamanı qadının uşaqlığında xeyli dəyişikliklər baş verir. Uşaqlıq boynunun kanalı genişlənir, uşaqlığın selikli qişası yumşalır; bu zaman uşaqlığın selikli qişasının soruculuq qabiliyyəti də artmış olur ki, bu da cinsi yolla müxtəlif xəstəliklərə yoluxma ehtimalını xeyli artırır. Süd vəzilərinin ölçüləri və bərkliyi artır, gilələrin rəngi tündləşir, onlardan az miqdarda ilkin (yalançı) süd damcıları ifraz olunur.

Cərrah Mama-Ginekoloq Dr.Sevinc Qehremanova
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 10 316
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri