Alimlər bu qadın geyiminin xərçəng yaratdığını iddia edir

Müəllif: ulduz
Şərhlər: 3
Baxılıb: 2 648
Səs ver:
(səs: 1)
Qan dövranını pozan, sinəyə güclü təsir göstərən geyim döş xərçəngi yaradır.
Son illər dünyada xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayının artması müşahidə olunur.Təəssüflər olsun ki, qadınlar arasında süd vəzi xərçəngi daha geniş vüsət alıb. Araşdırmalar göstərir ki, buna səbəb təkcə qidalanma və ekoloji tarazlığın pozulması deyil. Belə ki, qadınların davranışı və vərdişləri də qadın üçün psixoloji problemlər yaradan süd vəzi xərçənginə səbəb ola bilər. Belə ki, zərif cinsin nümayəndələri bilməlidirlər ki, sağlamlıq üçün büstqalteri nəinki vaxtaşırı soyunmaq, həmçinin düzgün geyinmək lazımdır.
Alimlər müəyyənləşdiriblər ki, qadınların 90 faizi sinələrinin ölçüsündən asılı olmayaraq mütəmadi olaraq büstqalter geyinirlər. Araşdırmalar 24 saat büstqalter geyinən qadınlarda süd vəzi xərçənginə tutulma ehtimalı riskinin çox yüksək olduğunu göstərir.

Məsələ ondadır ki, qadınlar gözəllik standartlarına uyaraq kiçik ölçülü, dar büstqalterlər seçirlər. Çox dar büstqalterlərisə sinəyə güclü təzyiq göstərir və süd vəzində normal qan dövranını pozur, bu, limfa axınına mane olur. Bu, kistlərin, mastopatiyanın, şişlərin yaranması ilə nəticələnə bilər.
Bəzi qadınlar hesab edirlər ki, mütəmadi olaraq büstqalter geyinmək sinənin sallanmaqdan qoruyur. Lakin təəssüf ki, bu, belə deyil. Alimlər sinənin deformasiyası ilə uzun müddətli büstqalter geyinməyin arasında heç bir əlaqə aşkar etməyib.

Həkimlər döş xərçəngi riskini azaltmaq üçün çox dar, sıx büstqalterlər geyinməməyi, onunla yatağa uzanmamağı tövsiyə edir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 648
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri