Hamiləlik zamanı yuxusuzluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 431
Səs ver:
(səs: 1)
Hamiləlik zamanı qadınların çoxunda ilk günlərdən yuxusuzluq müşahidə edilir. 2-ci üç aylığında bu hal keçib gedir və hamiləliyin sonuna yaxın yuxusuzluq qadınlar üçün yenidən ciddi problemlərdən birinə çevrilir.

Yuxusuzluğa “qalib” gəlmək üçün aşağıdakılara riayət edin:

- gərginlikdən uzaq olun. Gün ərzindəki yorğunluq çox vaxt rahat yuxuya getməyə əngəl olur;
- siz gündüzlər yatmağa öyrəşmişsinizsə, bu adətdən bir neçə günlüyə imtina edin. Bu zaman gecə yuxusu daha dolğun olacaq;
- yuxudan əvvəl ağır yemək yeməyin;
- axşamlar zehni və fiziki əməkdən uzaq olun;
- yuxudan əvvəl çoxlu maye içməyin, dolu sidik kisəsi rahat yuxunun düşmənidir;
- yatağa girərkən bir fincan ilıq süd için (südün dadını xoşlamırsınızsa ona bal, darçın və ya şəkər əlavə edin). Ot dəmləməsi də içmək olar. Adi tonuslandırıcı çay və kofe qadağandır;
- yuxudan əvvəl suda bişmiş hindquşu tikəsi ilə buterbrod, ərik qurusu, badam, qoz, banan yemək olar (bu qida məhsulları təbii yuxugətirici “triptofanla” zəngindirlər);
- yataq otağı sərin olmalıdır. Otağın havasını yatmazdan əvvəl dəyişin.
Hamiləlik zamanı yuxugətirici dərmanlardan istifadə etməyin, lakin buna ehtiyac varsa, həkimlə məsləhətləşin.

Cərrah Mama-Ginekoloq Dr.Sevinc Qehremanova
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri