Doğuşdan sonra qadınları nə rahat edir?

Müəllif: NoName
Şərhlər: 6
Baxılıb: 1206
Paylaş:
Səs ver:
(səs: 1)
Doğuşdan sonra qadınları bir çox suallar narahat edir: menstrual dövrünün bərpa olunması, hamiləliyin mümkün olub-olmaması, cinsi həyatın ziyanlı olub-olmaması və s.
Bu məqalədə biz doğuşdan sonra qadınları ən çox maraqlandıran sualları cavablandırmağa çalışmışıq.

1. Doğuşdan sonra qanaxma neçə müddət ərzində davam edir?
Bu çox fərdi prosesdir. Bu proses uşaqlığın yığılma qabiliyyətindən, doğuşun necə keçməsindən (təbii doğuş və ya keysəriyyə kəsiyi, asan və ya ağır doğuş və s.), doğuşdan sonrakı dövründən asılıdır. Adətən doğuşdan sonrakı qanaxma təxminən 6 həftə davam edir. Əvvəl qanaxma daha güclü olur, sonra tədricən azalır, qanın rəngi əvvəl qırmızı, sonra qəhvəyi, sarımtıl olur, daha sonra isə adi normal ifrazatlara qayıdır.
Əgər al-qırmızı qan 4 gündən artıq ifraz olunursa, qadın 1 saatdan bir bez dəyişməli olursa, ifrazatlar pis iylidirsə, qadın üşümə və ya istilik hiss edirsə, bu yaxşı əlamətlər sayılmır. Bu əlamətlər (və ya onlarda biri) meydana çıxdıqda qadın dərhal həkimə müraciət etməlidir.

2. Doğuşdan sonra menstruasiya nə zaman başlayır?
Bu çox fərdi prosesdir. Adətən bu laktasiyadan (əmizdirmə) asılıdır. Laktasiyanı stimullaşdıran prolaktin hormonu eyni zamanda yumurtalıqlarda gedən dövri proseslərin (yumurta hüceyrəsinin yetişməsi, ovulyasiya, menstruasiya) tormozlamasına səbəb olur. Bunun nəticəsində qadının yumurtalıqlarında yumurta hüceyrəsi lazım olan ölçülərə kimi yetişmir, ovulyasiya baş vermir və menstruasiya başlamır. Lakin bu o zaman mümkündür ki, qadın körpəsini yalnız öz südü ilə körpənin tələbinə görə (saatla yox!) qidalandırır (gecə əmizdirmələr xüsusilə vacibdir). Belə qadınlarda menstruasiya yalnız körpə əlavə qidaları (sıyıqlar, tərəvəzlər və s.) almağa başladıqda bərpa olunur (adətən 6 aydan sonra).
Əgər ana körpəsini həm ana südü, həm də süni südlə qidalandırırsa (qarışıq qidalandırılma), menstruasiyalar doğuşdan 3-4 ay sonra bərpa oluna bilər.
Süni qidalanma (körpə yalnız süni süd alır) zamanı menstruasiyalar doğuşdan təxminən 2 ay sonra bərpa olunur.

3. Menstruasiyalar başlamadıqda qadın hamilə qala bilərmi?
Bəli, bu mümkündür. Hətta menstrual dövr bərpa olunmadıqda qadın hamilə qala bilər. Bundan əvvəlki ayda qadında menstruasiya olmayıbsa, bu heç də o demək deyil ki, bu ayda ovulyasiya baş verməyəcək. Qadın ovulyasiyanın baş verməsini hiss etməyə bilər və nəticədə hamilə qala bilər.

4. Doğuşdan neçə müddət sonra cinsi əlaqələrə icazə verilir?
Buna doğuşdan 6-8 həftədən sonra icazə verilir (cinsi yollardan olan ifrazatlar adi xarakter almalıdır - rəngsiz, iysiz). Bundan tez cinsi həyata başlayan qadında müxtəlif cinsiyyət sistemi iltihabların və xəstəliklərin riski artmış olur. Məsələ burasındadır ki, doğuşdan sonra müəyyən müddət ərzində uşaqlıq yolu və uşaqlıq boynu tədricən öz normal formasına və ölçülərinə qayıdır. Bu vaxta kimi müxtəlif infeksiyalar uşaqlıq boynuna və daha sonra isə uşaqlığa asanlıqla keçə bilir.

5. Doğuşdan neçə müddət sonra idmanla məşğul olmaq olar?
Doğuş qadının orqanizmi üçün çox ciddi sınaqdır. Bu səbəbdən qadın orqanizminin bərpa olunmasını gözləməlidir (qanlı ifrazatlar kəsilməlidir və s.). Daha sonra qadın həkimin müayinəsindən keçməli və məşğələlərin başlanması barədə həkimlə məsləhətləşməlidir.

6. Növbəti hamiləliyi nə zaman planlaşdırmaq olar?

Növbəti hamiləliyi laktasiyanın (əmizdirmə) qurtarmasından 1 il sonra planlaşdırmaq olar. Bu müddət orqanizmin hamiləlik və laktasiyadan sonra bərpa olunması və növbəti hamiləliyə hazırlaşması üçün lazımdır.
Əgər doğuş zamanı keysəriyyə kəsiyi əməliyyatı tətbiq olunubsa, bu halda növbəti hamiləliyi 2-3 il keçdikdən sonra planlaşdırmaq olar. Əks halda uşaqlığın üzərində olan çapıq növbəti hamiləlik zamanı aralana bilər. Lakin keysəriyyə kəsiyi əməliyyatları arasında çox uzun müddət də keçməməlidir (məsələn, 7-10 il). Bu da təhlükəli sayılır.

Cərrah Mama-Ginekoloq Dr.Sevinc Qehremanova

loading...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1206
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Fi-Ra
Yazılanlar haqda məlumatım var idi. Doğuş sonrası həkim hamısını demişdi. Təşəkkürlər.
22 iyun 2016 01:06
6
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
Miss_Oxatan
Mene maraqli olan suallarin cavabini tapdim.tewekkurler.mende internetde tek tek arawdiracaqdim bu suallari ama hamisi bir arada verilib.
22 iyun 2016 00:48
5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
Efsuw2016
Ay Allah sizden razi olsun coox ehtiyacim vardi coox ise yaradi tewekkur edrem
22 iyun 2016 00:03
4
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
Offline
vipbetul
hamile xanimlar oxusun
22 iyun 2016 00:01
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Bezileri haqda melumatim yoxuydu. Dogusdan sonra bu problemler cox yaranir
21 iyun 2016 22:00
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Onun_Mələyi
bezilerni bilirdim.bunlar hal hazirda mene lazimli melumat olmasada oxumaq ve bilmek maraqli oldu.gonderenin ellerine saqliq
21 iyun 2016 21:55
1
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv