Ginekoloji müayinələrinizi edirsiniz?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 203
Səs ver:
(səs: 2)
İndiki vaxtda bir çox qadın ginekoloji müayinə haqqında artıq daha məlumatlıdır. Əvvəlcə öz sağlamlıqlarına fikir verməlidirlər və mütləq sağlamlıq baxımından nizamlı olaraq ginekoloji müayinələri etdirməsi lazım olduğunun fərqinə varmalılar. Qorxularını məğlub ola bilməyən və hələ yoxlanmaya gedə bilməyən qadınlara bir təklif: bir problem olmasını gözləməyin, hər il müayinələrinizə gedin.

Əvvəlcə niyə ginekoloji müayinədən qorxduğunuzu təyin etmənizdə fayda var. Ediləcək müayinədən ötərimi yoxsa həkimlərə güvən duyğunuzdan irəli gəlir? Ginekoloji müayinə aktiv cinsi həyatı olan və olmayan qadınlar arasında fərqlilik göstərən bir şeydir. Bu fərqlərdən ən vacib olanı cinsi həyatı aktiv olan qadınların müayinəsində spekulum adı verilən alət ilə nəzarət etməsi. Spekulum bakirə qadınlara müayinə əsnasında tətbiq olunmaz.

Ginekoloji müayinəyə getməzdən əvvəl menstruasiya təqviminizə yenidən baxın. Əgər sancılı və həddindən artıq qanama probleminiz yoxsa müayinəyə menstruasiya qanamanız olmadığında gedin. Müayinə haqqında bəlkə də ən vacib mövzulardan biri həkiminizə inanmağınızdır. Müayinə əsnasında ağılınızdan keçən hər sualı paylaşın. Beləliklə fayda verən və sizin ağılınızdakı bütün sualların doğru cavabını tapa biləcəyiniz müayinə müddəti keçirmiş olarsınız.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 203
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri