Gündəlik bezlərin ziyanları haqqında

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 4 273
Səs ver:
(səs: 0)
Hər gün gündəlik bez istifadə etmək vaginal bakteriya infeksiyalarına səbəb olur! Bu vəziyyət o qədər əhəmiyyətlidir ki, səsimizi çıxarıb dünyadakı bütün qadınları xəbərdar etməmiz lazımdır. İnfeksiya qədər ciddi olmasa da, genital akne problemləri və maya göbələkləri hadisələri də var. Amma bunlar da kifayət qədər narahat edicidir.

Yaxşı hər gün gündəlik bez istifadə etmək bu nəticələri necə doğurur? Mütəxəssislərin, xəbərdarlıq olaraq etdikləri şərhlər belədir:

1- Gündəlik bezlər yapışqan bantlar ehtiva edər
Əvvəlcə bunu söyləmək lazımdır: Gündəlik bezləin altındakı yapışqan bantlar, plastikdən edilir və hamınızın bildiyi kimi, dəri, bu plastikə məruz qaldığında nəfəs ala bilmir.

2- Gündəlik bezdəki nəmli mühit bakteriya meydana gəlməsinə səbəb olar
İndi bunu xəyal edin: Gün içərisində normal səviyyədə genital axıntınız olur, axıntınız gündəlik bez üzərində qalır və bez istifadə etdiyiniz müddət boyunca dərinizə təmas halında qalır. Bakteriyaların, yaş və istiliyin yüksək olduğu bölgələrdə daha sürətli böyüdüklərini də bilirik. Nəticə olaraq, bakteriyalar, xarici dodaqlar və klitor kimi bölgələrdə böyüyürlər. Bu şərtlərin genital akne və ya tahrişle nəticələnmə ehtimalı yüksəkdir.

3- Gündəlik bezlərin içində hansı kimyəvilər var?
Yaxşı, 'super əmici' ya da 'nəfəs alan' iddiasındakı gündəlik bezlər? Bu xüsusiyyətlər, çox təəssüf ki, kimyəvi ələvə əlavə olunmasını tələb edir. Kim bilər bu kimyəvilər dərimizə nələr edir...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 273
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri